ALCO MMC
İstehsalat mühəndisi
Son tarix 07 noy 2022 - [email protected]
Tələblər:
- Əlaqədar ixtisas üzrə Ali təhsil (Bakı Ali Neft Məktəbi və ya Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil arzuolunandır);
- Əlaqədar sahədə yüksək biliklərə sahib olmalıdır;
- Azərbaycan, İngilis dili və Rus dillərini bilməlidir;
- Texnoloji proseslərə aid metodiki və normativ materiallar üzrə biliklərə malik olmalıdır;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.
Vəzifə funksiyaları:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək; avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
- İstehsal ediləcək məhsulların normalarının işlənib hazırlanması və avtomatlaşdırılmış istehsal prosesini təşkil etmək;
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanmasına, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsində, avadanlıqların sınaqdan keçirilməsində, bina və qurğuların yenidən qurulmasında iştirak etmək, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək, onların tətbiqinə kömək etmək;
- Vəzifəsindən irəli gələn digər işləri həll etmək.
İş yeri: Sumqayıt Kimya Sənaye Parkı ərazisi, AMINOL sürtkü yağları zavodu
Maaş: 900-1000 AZN
CV-lərinizi müraciət et bölməsində qeyd olunan e- mail ünvanına göndərməyiniz xahiş olunur.
Tel: 0125056810
Tel: 0125056811