AgroTrade Supply
İcraçı Direktor
Son tarix 16 noy 2022 [email protected]
Tələblər:
- Təhsil səviyyəsi: Magistr (MBA olması üstünlükdür)
- İş təcrübəsi: Rəhbər vəzifədə 7 il, ümumi iş təcrübəsi 10 il
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (yaxşı)
Vəzifədən gözləntilər:
- Şirkətin strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmək
- Şirkətin maliyyə dayanıqlığının təmin edilməsi strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək
- Şirkətin rəqabətə dayanıqlı satış, marketinq strategiyasının formalaşması və icrasına rəhbərlik etmək
- Şirkətin biznes və əməliyyat yönümlü fəaliyyətinin şirkət strategiyası, hədəflərinə uyğun icrasına nəzarət etmək
- Böhran və risk idarəetmə mexanizmlərinin qurulmasına rəhbərlik etmək
- Dəyərlərlə idarəetmə yanaşmasında nümunəvi rəhbərliyin qurulması prosesini idarə etmək
- İnsan resurslarının strateji idarəedilməsi mexanizmlərinin yaradılmasına dəstək olmaq və onların düzgün tətbiqi üzrə hesabatlılıq sisteminin qurulmasına rəhbərlik etmək
- İstehsalın səmərəliliyinin, keyfiyyətinin artırılması proseslərinə rəhbərlik etmək
- Vergi, büdcə, hesabat və audit daxil olmaqla şirkətin maliyyə fəaliyyətinə nəzarət etmək
- İdarə Heyəti üçün dövri hesabatlar hazırlamaq və təqdim etmək
Vəzifə üzrə səriştələr:
- Strateji yanaşma
- Dəyişikliyin idarə edilməsi
- Münaqişənin idarəedilməsi
- Müştərək rəhbərlik
- Liderlik
- Problemləri həll etmə
- Təsiretmə bacarığı
- Vaxtın idarə edilməsi
- Böhran və risk idarəetməsi
- Təşkilati inkişaf mexanizmlərini bilmək
İş Şərtləri:
- Əmək haqqı: Razılaşmaya uyğun olaraq
- İş rejimi: 5 gün (həftəiçi)
- Yemək: Var
Maraqlananlar emaildə “İcraçı Direktor” yazaraq CV-lərini e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Müraciət üçün son tarix: 15.11.2022