Access Bank
Kartlar üzrə mütəxəssis
Son tarix 29 okt 2022 - Müraciət et
Təsvir:
- Bankın layihələri və problemləri ilə bağlı Prosessinq Mərkəzi ilə daimi əlaqə saxlanılması;
- Prosessinq Mərkəzinin hesabatları əsasında hesablama nəticələrinin tutuşdurulması;
- Compass Plus sistemində işin aparılması(TX və TWCMS);
- Lazımi hesabatların hazırlanması və aidiyyəti filial/təşkilatlara göndərilməsi;
- Operativ kart proseslərinin/prosedurlarının və kart məhsullarının prosedurunun yaradılmasına və aktuallığının saxlanmasına dəstək;
- Ödəniş kartları ilə əməliyyatlara nəzarət;
- Müştərilərin ödəniş kartları üzrə müraciətləri, sorğuları və iddiaları ilə işin aparılması;
- Şübhəli əməliyyatların monitorinqi;
- Digər şöbələrlə sıx və məhsuldar əməkdaşlığın təmin edilməsi.
Tələblər:
- Bank sahəsində minimum 2 il təcrübə;
- Azərbaycan dilində səlis danışıq bacarığı, rus və ingilis dili biliyi arzuolunandır;
- MS Word, Excel, Outlook və s. ofis proqramlarından istifadə bacarığı;
- Kart məhsulları və xidmətləri barədə nəzəri və praktiki biliklər;
- Bir neçə tapşırığın icra edilməsi bacarığı;
- İşə məsuliyyət;
- Komandada işləmək bacarığı;
- Yüksək kommunikasiya bacarığı, aydın və konstruktiv ünsiyyət qurmaq, insani münasibətləri idarə etməyi bacarmaq;
- Diqqətlilik, məsuliyyətlilik, motivasiyalı və enerjili, gündəlik işi yerinə yetirmək bacarığı.