Appolon Group
Ofis meneceri
Son tarix 23 okt 2022 - [email protected]
İşin təsviri:
- Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq
- Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
- E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi)
- Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək (Kargüzarlıq işlərini aparmaq)
- Şirkət üçün tələb olunan malların və ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq təchizatçılara yönləndirmək və alışını təmin etmək
- Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək
- Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək
- İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;
Tələblər:
- Ali təhsil üstünlükdür
- Yaş həddi: 22-35 yaş
- Müvafiq sahədə iş təcrübəsi
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı
- Kollektivdə işləmək bacarığı
- Dil bilikləri: Azərbaycan dili, ingilis dili (vacibdir) və rus dili
- Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook
- Ofis avadanlıqları ilə işləmək bacarığı
- Səliqəli , xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Ə/h: 500-600 AZN
- 5 günlük iş həftəsi (08:00 – 17:00).
- Transport şirkət tərəfindən müəyyən nöqtədən təşkil olunur
Vakansiyaya müraciət üçün CV-nizi “Ofis meneceri" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.