İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinin mütəxəssisi
Son tarix 16 yan 2025 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali tibb təhsili (stomatologiya, laboratoriya işi, mikrobiologiya ixtisasları istisna olmaqla);
- Tibbi-iqtisadi ekspert, praktiki həkim kimi tibbi sığorta sahəsində minimum 3 il iş təcrübəsi;
- Fəaliyyət istiqaməti ilə əlaqədar ezamiyyələrə göndərilməyə uyğun;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
- Ofis proqramları üzrə biliklər;
- İnduktiv və analtiki təhlil;
- Ünsiyyət və komandada işləmə bacarığı;
- Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
- Tibbi-iqtisadi ekspertiza planının hazırlanması;
- Tibbi-iqtisadi ekspertizanın həyata keçirilməsi;
- Tibbi-iqtisadi ekspertizanın mübahisələndirilməsi;
- Tələb olunan hesabatların hazırlanması.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Begoc biznes mərkəzi.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 22.12.2024-cü il;
- CV-lər elektron poçt ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.