Dövlət qurumu
Satınalma şöbəsinin müdiri
Son tarix 11 fev 2024 - [email protected]
Əmək funksiyası:
- Satınalma prossesini mövcud qanunvericilik və qaydalara müvafiq ən əlverişli şərtlərlə icra etmək
- Satınalma və təchizat zənciri strategiyasının müəyyənləşdirilməsi və icrası
- İİllik satınalma planının hazırlanması və icrasını təşkil etmək.
- Sifarişlər üzrə texniki parametrlər və standartların hazırlanması prosesini təşkil etmək
- Təchizat sifarişlərinin idarə edilməsi (Tələbin yaranmasından ödənişədək olan prosesin idarə edilməsi)
- Yerli və xarici bazarın təhlili, tələb olunan araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin idarə olunması, keçirilmiş satınalma müsabiqəsinin nəticəsini rəsmiləşdirmək və s. işlərin təşkil edilməsi.
- Müqavilə şərtlərinin müəyyən olunması, hazırlanması və nəzarətdə saxlanılması, layihələrin, autsorsinq sövdələşmələrinin, təchizatçı müqavilələrin hazırlanması
- Müqavilələr üzrə tədarükçü KPİ-ların hazırlanması, tədarükçü fəaliyyətinin qiymətləndirilməsi
- Strateji layihələrin Satınalma funskyasının idarə edilməsi, layihələr üzrə müvafiq KPİ və yol xəritəsi hazırlanmasının təşkili
- Qurumun struktur bölmələrinin saxlanması və fəaliyyəti, habelə maddi-texniki təminatı üçün ayrılmış vəsaitin təyinatı üzrə səmərəli istifadə edilməsi məqsədlə rəhbərliyə təkliflər vermək;
- Qanunvericiliyə uyğun olaraq kommersiya sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası: İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması arzu olunandır.
- İş təcrübəsi (minimum): İstehsalat sahəsində minumum 3 illik iş təcrübəsi. Dövlət Satınalmaları təcrübəsinin olması arzuolunandır.
- Dil bilikləri : Azərbaycan dili, Rus dili, Ingilis dili (səlis)
- Kompüter bilikləri: Yaxşı səviyyədə Microsoft office proqramlarını yüksək səviyyədə bilməli. 1C və digər ERP-lər üzrə üzrə iş təcrübəsi arzu olunandır.
- Digər zəruri tələblər
- CIPS sertifikatına (ən azı L2 səviyyə) sahib olmalı
- Satınalma prosesinə dair sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə beynəlxalq standart və normaları bilməli;
- Xarici və yerli tədarükçülərlə satınalma və ondan irəli gələn danışıqların aparılması üçün yüksək ünsiyyət qabiliyyəti;
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Analitik düşünmə
- Problem analiz etmə
- Detallara diqqət
- Nizam-intizam.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.