VAKANSİYA 1
Vega Travel Management
Incoming Travel Manager
Son tarix 26 avq 2022 - [email protected]
Requirements:
- Bachelor degree (preferable in Tourism and Hospitality)
- 2-3 years of working experience in similar positions
- Good knowledge of MS Office
- Good math skills
- Good knowledge of Azerbaijani, Russian and English
- Exceptional communication and negotiation skills
- Strong understanding of customer, market dynamics and requirements
- Adaptability to Corporate Culture
- Good sales skills, both over the telephone and face-to-face
- The ability to work well as part of a team
- The ability to cope under pressure
- Competent organizational skills
Job Duties:
- Devise, arrange, and promote holidays and travel options in Azerbaijan
- Providing general and specific advice about different travel destinations
- Making arrangements for transport, accommodation, tours, and activities
- Contacting hotels, transport companies, restaurants
- Advising the customer about travel issues including required documentation and financial matters, such as appropriate exchange rates
- Performing general administration tasks
- Dealing with and documenting complaints in an efficient and diplomatic manner
- Planning and advertising different promotions
- Evaluating customers’ holidays and issuing appropriate feedback forms
- Daily and monthly reports
Work Conditions:
- Work schedule: 10:00-19:00 Monday-Friday (Saturday-Sunday are off days). Extra hours may be required
- Work place: remote or at the office
- Salary: 650-700 AZN + KPI bonuses (will be negotiated based on canditate profile)
VAKANSİYA 2
Company
Baş mühasib
Son tarix 26 avq 2022 [email protected]
Vəzifə təlimatı:
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılmasını təmin edir.
- Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir.
- Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir.
- Bütün mühasibat məlumatlarının 1C mühasibat proqramına inteqrasiya edilməsi.
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir.
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin təmin edilməsi və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
- Pul vəsaitləri və əmtəə-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir.
- Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür.
- Mühasibat sənədlərinin (vergi bəyənnamələrinin, uçot sənədlərinin, debitor və kreditor sənədlərinin və s.) çoxaldılması, tərtib edilməsi, vaxtaşırı (aylıq, rüblük, illik) rəhbərliyə təqdim edərək arxivləşdirilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.
- Qeyd edilən bütün vəzifələrin AR-nın müvafiq qanunvericiliyinə uyğun yerinə yetirilməsini təmin edir.
- Cari idarəetmə hesabatların gündəlik yenilənməsinin təmin olunması: kreditor və debitor borcların kontragentlər üzrə açıqlanması, pul vəsaitlərin qalıqları üzrə gündəlik hesabat, hazır məhsulun qalıqları və hərəkəti haqqında gündəlik hesabat, hazır məhsulun maya dəyərinə daxil olan birbaşa məsrəflər barədə gündəlik hesabat, istehsalata silinən xammal və materiallar barədə gündəlik hesabat, xammal və material qalıqları barədə gündəlik hesabat və s.
- Əsas vəsaitlərin hər bir vahidi üzrə qeydiyyatını aparan reyestrin aparılmasının təmin ediməsi və bu işə nəzarət: alış dəyəri, alış tarixi, alışın ilkin sənədləri, istismara buraxılma tarixi, dəyəri, kapitallaşdırılan təmir xərcləri barədə ilkin məlumat, amortizasiya ilə bağlı olan məlumat, qalıq dəyəri və s. məlumatları özündə əks etdirən reyestr
- Növbəti ayın 5 tarixinə kimi keçən ay ərzində istehsal olunmuş hazır məhsulun maya dəyərinin (xərc maddələri üzrə) tam kalkulyasiyasının hazırlanması
- Növbəti ayın 5 tarixinə kimi keçən ay ərzində satılmış hazır məhsulun maya dəyərinin hesablanması
- Gündəlik əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq zamanında rəsmiləşdirilməsinin təmin olunması və bu işə nəzarət: təqdim edilmiş hazır məhsula görə elektron qaimə-fakturaların zamanında kəsilməsi, alınmış mallara və xidmətlərə görə elektron qaimə-fakturaların zamanında kəsilməsini təchizatçılardan tələb etmək və s.
- Aylıq əsasda debitorlarla və kreditorlarla Borcların Üzləşməsini təmin etmək
- Gündəlik təsərrüfat əməliyyatların zamanında mühasibat kitablarına işlənilməsini təmin etmək
- Hesablanmış və icra olunmuş Satış Sifarişlərin (Sales Orders) üzləşməsi barədə aylıq hesabatların hazırlanması: satış qiyməti, maya dəyəri və karlıq
- Əmək haqqı cədvəllərin zamanında hazırlanmasını təmin etmək
- Gündəlik təsərrüfat əməliyyatlarını əks etdirən ilkin sənədlərin qanuna uyğun rəsmiləşdirilməsini təmin və bu işə nəzarət etmək
- Bütün təsərrüfat əməliyyatlarında vergi və digər icbari ödənişlərin düzgün tətbiqini və hesablanmasını təmin və bu işə nəzarət etmək
- Bütün kontragentlərlə imzalanacaq müqavilələrdə vergi, bank və digər icbari ödənişlərlə bağlı maddələrin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilib-edilməməsinə nəzarət etmək
- Vergi, statistika, DSMF, digər icbari yığımlarla və s. bağlı dövlət orqanlarına təqdim edilməli olan bütün hesabatların zamanında hazırlanmasını və təqdim edilməsini təmin etmək
- Vergi və digər dövlət orqanları ilə yazışmaların aparılması, onların bütün sorğu və tələblərini zamanında və dolğun cavablandırılmasını təmin etmək
- Vergi və digər dövlət orqanları tərəfindən aparılan kameral və səyyar yoxlamaların koordinasiyası və bu işə nəzarət
- İllik inventarizasiyanın keçirilməsinin təmin edilməsi və bu işin koordinasiyası
- Şirkətə məxsus bütün maddi aktivlərin uçotunun və qeydiyyatının təmin edilməsi (maddi məsul şəxslər üzrə, yerləşdiyi yerlər üzrə və s.)
- Növbəti ayın 10 tarixinə kimi aylıq və illin əvvəlindən artan yekunla dövrü, növbəti ilin fevral ayının 15 tarixinə kimi isə illik maliyyə hesabatların hazırlanması: Balans Hesabatı, Mənfəət və Zərər Haqqında Hesabat, birbaşa metodla hazırlanmış Pul Axınları Haqqında Hesabat, Kapitalda Dəyişikliklər Barədə Hesabat
- Növbəti ayın 5 tarixinə kimi 3 aylıq ödənişlər (mədaxil və məxaric) proqnozunun hazırlanması və ödənişlərin həmin proqnoza uyğun aparılmasına nəzarət
- İllik büdcənin hazırlanması və təsdiqlənməsi prosesinin təşkil edilməsi və koordinasiyası
- İllik büdcənin icrası ilə bağlı hesabatlarıın hazırlanması
- Aylıq istehsal proqnozların hazırlanması və təsdiqlənməsi prosesinin təşkil edilməsi və koordinasiyası
- Aylıq istehsal proqnozların icrası ilə bağlı hesabatlarıın hazırlanması
- Şirkətin daxili biznes proseslərinin və prosedurlarının mütəmadə olaraq təhlil olunmasını və tələb olduqda onların yenilənməsini təmin etmək
- Tabeçiliyində olan işçilər arasında mühasibatlıq funksiyaların optimal şəkildə bölüşdürülməsini təmin etmək və mühasibat şöbəsinin işinə nəzarət etmək
- Birbaşa rəhbərdən alınan bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək
VAKANSİYA 3
Trenders Agency MMC
Mühasib
Son tarix 26 avq 2022 - [email protected]
İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Vergi və mühasibat uçotunun aparılması
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Əməliyyatların Excel proqramında işlənməsi
- E- qaime-fakturalarin yazılmasi
- Bank və kassa əməliyyatları
- Daxili mühasibatlıq işlərini görə bilən (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)
- e-taxes.gov.az, və digər portallardan istifadə etmək bacarığı
Digər məlumat:
- İş rejimi – PART TİME
- Beş günlük iş qrafiki . Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
- Əmək haqqı 400-500 azn
Vəzifəyə dair tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Müvafiq sahədə 1 ildən çox iş
- Rus dili biliyi arzu olunandir.
- Perspektiva vardır.
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
Xahiş olunur şəkilli CV-ləri e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adını “Mühasib” qeyd edin.
VAKANSİYA 4
BCC SC
Full Stack Developer
Son tarix 26 avq 2022 - [email protected]
Обязанности:
- Разработка сложных программных модулей системы;
- Покрытие модулей юнит-тестами
- Поддержка и модернизация существующих решений;
- Сode review;
- Участвовать во всём процессе разработки - от проектирования до запуска;
- Знакомиться и внедрять новейшие технологии;
- Использовать облачные решения на базе платформы Azure
- Использование технологий Big Data (Data Lake, Data Factories, Data Analytics)
- Разработка алгоритмов параллельных вычислений Apache Spark
Требования:
- Опыт программирования на C#, ASP.NET Core;
- Опыт создания RESTful сервисов
- Опыт программирования на TypeScript
- Знание последних frameworks .NET и Angular;
- Знание ООП, паттернов, SOLID and GRASP принципов;
- Знание MSSQL на уровне написания SQL запросов
- Опыт использования NoSQL решений. Опыт работы с Azure Cosmos Db будет вашим преимуществом.
- Знание и опыт многопоточного программирования;
- Английский язык на уровне Intermediate и выше
- Знание языка Scala и навык работы с Apache Spark желательны, но не обязательны.
- Docker, Docker Compose – в рамках развертывания локальной инфраструктуры и отладки
Условия по заработной плате оговариваются индивидуально с каждым кандидатом
Удаленная работа;
Обеспечение корпоративным ноутбуком для комфортной работы;
Комфортный офис для работы вне дома
Оформление по Трудовому Кодексу Азербайджанской Республики.
E-mail: [email protected]
050 307 87 08 Elnara
VAKANSİYA 5
AZCD Group QSC
SƏTƏM üzrə Kiçik Mütəxəssis/Koordinator
Son tarix 26 avq 2022 - [email protected]
Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində icra olunan layihəmizdə çalışması məqsədilə təcili olaraq SƏTƏM üzrə Kiçik Mütəxəssis/Koordinator axtarırıq.
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək
- İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək
- Bədbəxt hadisələrin tədqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək
- İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların və lövhələrin siyahısını tərtib etmək
- Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək
- Qurğu və avadanlıqlarına vaxtaşırı sınaqların, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək
- Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşmənin düzgün aparılmasına nəzarət etmək
- İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək
- İş yerlərində risk analizi aparmaq, risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət etmək
- Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq
- Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək
Namizədə olan tələblər:
- Ali təhsil;
- Kompüter bilikləri: MS Outlook,MS Office (əla);
- FHN Sertifikatı
- Avtomobil idarəetmə bacarığı (B,BC kateqoriyalı).
- Xarici dil biliyi üstünlüyü (İngilis dili, Rus dili,Türk dili);
Təminatlar:
- Əmək haqqı 800-1000 AZN
- Gecələmək üçün yer təminatı;
- Gün ərzində 3 dəfə qidalanma;
- Avtomobil təminatı;
- Rabitə xərcləri;
İş saatları 08:00 – 17:00;
Nahar fasiləsi: 12:00-14:00
Qeyd: Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində icra olunan layihəmizdə ( Gəncə şəhəri və ətraf ərazilərdə yaşayan namizədin müraciət etməsi arzu olunandır)
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “SƏTƏM üzrə Kiçik Mütəxəssis/Koordinator” qeyd edərək elektron ünvanına CV göndərməniz xahiş olunur.
VAKANSİYA 6
Company
Tax Compliance Manager
Son tarix 25 avq 2022 - [email protected]
The successful candidate will:
- Anticipate and efficiently resolve complex tax issues for local and multinational clients and work with very limited supervision
- Develop and maintain successful client relationships, as well as generate new business from existing clients
- Take the opportunity to promote & offer to clients other services of the firm
- Ensure compliance of activities with technical and risk management requirements
- Keep abreast of relevant changes in legislation, decrees, and practices of tax authorities
- Active participation in meetings, public speaking, and presentations
Requirements:
- Bachelor or Master's degree in economics, accounting, or finance
- Minimum 5 years of experience in tax consulting business (big 4 is an advantage)
- Extensive expertise in local and international tax/trade/customs/commercial laws
- Strong proficiency in MS Office (Word and Excel);
- 1C or any other knowledge and other accounting software is an advantage;
- ACCA/CIMA/CPA professional qualification;
- Leadership & team working skills
- Strong research and analytical skills and proactive approach to delivering solutions;
- Ability to make decisions, problem-solving skills
- Strong client service mindset and experience dealing with clients
- Ability to be agile in changing circumstances both internally and externally when dealing with client issues
- Excellent Organizational skills and ability to make prioritization
- Language: Excellent Azerbaijani and English language skills both written and verbal. Russian is an advantage
- Commitment, enthusiasm, and positive attitude in general
VAKANSİYA 7
Ateshgah Sigorta
Auditor
Son tarix 26 avq 2022 - [email protected]
Namizədə tələblər:
- Cinsi: kişi və ya qadın;
- Təhsil: İqtisadi və ya hüquqi Ali təhsil;
- İş təcrübəsi: ən azı 2 il sığorta şirkətlərində daxili audit üzrə iş stajına malik olmalıdır.
- Dil bilikləri: Azərbaycan (əla), ingilis və rus dilində isə tərtib edilmiş sənədlərlə işləməyi bacarmalıdır.
- Kompüter bilikləri: informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində bilik və vərdişlərə malik olmalı, uyğun proqramlarda (1C, Ms Excel, Ms Word və s.) sərbəst işləyə bilməlidir.
Namizəd bilməlidir:
- Azərbaycan Respublikasının sığorta haqqında qanunvericiliyini,vergi qanunvericiliyini, mülki qanunvericiliyi və əmək qanunvericiliyini;
- Daxili auditin aparılmasının prinsip və metodlarını;
- Yoxlama, sənədli təftiş və təhlil aparılmasının üsullarını;
- Mühasibat uçotu və hesabatının təşkilini və aparılması qaydalarını;
- Maliyyə hesabatlarının formalarını və tərtibi qaydalarını;
- İşcilərin əməyinin ödənilməsi normalarını və qaydalarını;
- İşgüzar münasibətlərin qurulması etikasını;
- Kargüzarlığın təşkilini;
Əsas vəzifə öhdəlikləri:
- Daxili audit planına uyğun olaraq daxili auditin həyata keçirilməsində iştirak etmək;
- Onun iştirakı ilə həyata keçirilmiş daxili auditin nəticələrinə dair hesabatın və rəyin hazırlanmasında iştirak etmək;
- Daxili audit nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanmasında iştirak etmək;
- Zərurət yarandıqda, daxili auditora bu vəzifə təlimatında nəzərdə tutulmayan, lakin daxili audit haqqında qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr həvalə oluna bilər.
İş şərtləri:
- Əmək müqaviləsi
- İş vaxtı 09:00 - 17:30
- İş günü – 5/2
- Şirkət tərəfindən güzəştli nahar
- Əmək haqqı (gross məbləğ): 1013 AZN
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Auditor” qeyd etmələri xahiş olunur.
VAKANSİYA 8
Universal Group of Companies
Marketing Specialist
Son tarix 26 avq 2022 - [email protected]
If you are looking for an exciting place to work, please take a look at the list of qualifications below.
If any suitable candidate for this role, please send CV to the email address.
- Organization and holding of PR and Events;
- Maintaining social networks, creating content plans;
- Knowledge of POSM (Point Of Sales Materials) ideas, polygraphy;
- Superficial knowledge of design and corporate style;
- Development and implementation of incentive programs related to corporate sales;
- Writing creative content(brief) for agencies;
- Create, establish and maintain brand awareness;
- Active participation in the development of marketing strategy;
- Analysis and planning of the marketing budget;
- Knowledge of SEO and SEM
VAKANSİYA 9
Abacus Audit And Consulting
İstehsalat üzrə mühasib
Son tarix 26 avq 2022 - [email protected]
Vəzifə və öhdəliklər:
- Sistemə yeni mal-materialın adlarını daxil edilməsi;
- Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
- Məhsullar üzrə mal-materialın maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
- Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
- Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
- Ay sonu istehsal sahəsində çalışan işçilərin əmək haqqlarının və Kommunal xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
- Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
- İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin etməli;
- Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
- Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
- Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.
Namizədə olan tələblər:
- İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
- İstehsal sahələrində 3 illik iş təcrübəsi olmalı;
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı;
- Müvafiq sahə üzrə sertifikatları olmalı;
- 1 C sistemi üzrə bilik və təcrübələri olmalı, , MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
- Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi sahib olmalı;
- Azərbaycan və rus dillərində səlis danışa bilməli, İngilis dili biliyi üstünlküdür.
Şərtlər:
- Tam iş günü, iş qrafiki I-V günlər,
- Şənbə günü 9.00-14.00( natamam iş rejimi )
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır. ( 1000-1500 azn arası)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalat üzrə Mühasib” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar
VAKANSİYA 10
AgroTrade Supply
SƏTƏM Meneceri
Son tarix 26 avq 2022 - [email protected]
İş məkanı: Bakı/Abşeron
Tələblər:
- Təhsil səviyyəsi: Ali təhsil (Texniki sahə üzrə)
- İş təcrübəsi: SƏTƏM sahəsində 4 il (bu sahənin idarəetmə hissəsi üzrə 2 il)
- Ezamiyyət: var
- Dil bilikləri: Azərbaycan (əla), ingilis (orta), rus (orta)
- Kompyuter bilikləri: MS Office programları üzrə biliklər
Vəzifədən gözləntilər:
- SƏTƏM sisteminin qurulması və inkişafının təmini
- SƏTƏM riskinin təhlili, idarə edilməsi və göstəricilər üzrə hesabat və proqnozlar hazırlamaq;
- SƏTƏM risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması və prosedurlar, qaydalar hazırlamaq
- SƏTƏM riskləri üzrə stress testlərin aparılması, riskə məruz dəyər (Value at Risk) kimi risk göstəricilərinin hesablanması;
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün təkliflərin verilməsi
- İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsi
- Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsi
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak
- Qanunvericiliyə uyğun sənədləşmə prosesinin qurulması və dövlət orqanları ilə iş
- Mütəmadi hesabatların hazırlanıb, rəhbərliyə təqdim edilməsi
Vəzifə üzrə səriştələr:
- Analitik düşünmə bacarığı;
- Təhlil etmə bacarığı;
- Qiymətləndirmə bacarığı;
- Detallara diqqət yetirmə;
- Məsuliyyətli və intizamlı;
- Problem həll etmə;
- Çeviklik
İş Şərtləri:
- Əmək haqqı: Razılaşmaya uyğun olaraq
- İş rejimi: 5 gün (həftəiçi)
Maraqlananlar emaildə “SƏTƏM Meneceri” yazaraq cv-lərini göndərməyiniz xahiş olunur.
VAKANSİYA 11
Debet Safety
Ofis işçisi
Son tarix 26 avq 2022 - [email protected]
Yeni istifadəyə verilmiş, müasir avadanlıqla təchiz edilmiş tikiş fabrikinə Ofis İşçisi tələb olunur.
Tələblər:
- Yaş həddi: 22-35 yaş
- Müvafiq sahədə iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (Rus dili arzuolunandır)
- Kompüter bilikləri: Ofis proqramları – Word, Excel, Outlook
- Ofis avadanlıqları ilə işləmək bacarığı
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Ə/h: 400-500 AZN
- 5 günlük iş həftəsi ( 08:00 – 17:00)
- İş yeri: Atyalı qəsəbəsi. Servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət tərəfindən təşkil olunur
CV-ləri subject bölməsində Ofis işçisi qeyd edərək göndərmək lazımdır.
VAKANSİYA 12
NBA Technologies International LLC
Risklərin idarə edilməsi üçün mütəxəssis
Son tarix 26 avq 2022 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Azərbaycan-dili Rus-dili, İngilis-dili
- Sahə üzrə 1 il təcrübə (Sertifikatlar arzuolunandır);
- Microsoft Office (Outlook, MS Excel, Power Point) əla səviyyədə;
- Analiz, problemlərin həlli və qərarvermə;
- Dəqiqlik və təfsilatlara yönümlülük;
Vəzifə öhdəlikləri:
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Şirkətin struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
- Şirkətin riskləri üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
Əlavə məlumat:
- 5 günlük iş qrafiki
- Əmək haqqı: (müsahibə nəticəsində müəyyən olunur)
- İş yeri: Babək Plaza ; Xətai rayonu
- İş saatı: 09:00-18:00;
Zəhmət olmasa CV - nizi fotoşəkili ilə elektron poçt ünvanına "Risklərin idarə edilməsi üçün mütəxəssis" yazaraq göndərin. Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə aparılacaq.
VAKANSİYA 13
Metal Yapı
Aparıcı mühasib
Son tarix 26 avq 2022 - [email protected]
Əmək haqqı: 1300-1500 azn.
Namizəd üçün tələblər:
- Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil və ən az qeyd edilən vəzifə üzrə 3-5 il iş təcrübəsi (tikinti-quraşdırma sahəsində iş təcrübəsi ) həmçinin 35-45 yaş arası xanim namizədlər CV göndərə bilər
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək
- İngilis və rus dilini əla səviyyədə bilmək
- AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək
- Milli mühasibat uçotu standartlarını bilmək
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
İş barədə məlumat:
- Həftə içi 5 gün stabil iş rejimi (saat 09:00-dan 18:00-dək), şənbə - bazar istirahət günləri
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- BTP proqramı, 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi ( e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək )
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- ƏDV,ÖMV, sadələşmiş gəlir, mənfəət, DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Aparıcı mühasib” sözləri qeyd edilməlidir).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılıb müsahibə mərhələsinə dəvət olunacaq.
VAKANSİYA 14
Buta Supply
Tender üzrə aparıcı mütəxəssis
Son tarix 26 avq 2022 - [email protected]
İş barədə məlumat:
- Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyəti üzrə saxlanmasını təmin etmək;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə hesabatın hazırlanması;
- Tenderlər zamanı şirkəti təmsil etmək;
- Xarici şirkətlər və müştərilər ilə yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
- Tender təkliflərinin toplanması prosesinin idarə olunmasını təmin etmək;
- Tender prosesisini icra etmək və nəzarətdə saxlamaq ;
- Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq
Namizədə tələblər:
- Bakalavr təhsili
- MS Office bilikləri
- Rus və ingilis dillərini bilməsi üstünlükdür
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı,
- Komandada işləmək bacarığına malik olmalı
Əmək haqqı: Razılaşma yolu ilə
Maraqlanan şəxslər CV-lərini mövzu yerinə "Tender üzrə aparıcı mütəxəssis" qeyd edərək elektron ünvanına göndərə bilərlər.
VAKANSİYA 15
Sharaf Media
Graphic Designer
Son tarix 26 avq 2022 - [email protected]
İş haqqında:
- SMM postları üçün qrafik dizaynların hazırlanması;
- Logo, branding hazırlanması
- İş günləri: B.e.-Cümə
- İş vaxtı: 10:00-18:00
- Əmək müqaviləsi ilə rəsmiləşmə
- İş yeri: Azure Business Center
- Əmək haqqı - 1000 AZN.
Namizədə tələblər:
- Photoshop, Illustrator, AE proqramlarında işləmək;
- Reklam agentliyində minimum 1 il iş təcrübəsi.
Əməkdaşımıza təklif edirik:
- Pozitiv komanda mühiti
- Uzunmüddətli əmək müqaviləsi
- Maaş və təcrübə artımı perspektivi
CV və Portfolionuzu "Qrafik dizayner" başlığı ilə e-mail ünvanına gözləyirik.
VAKANSİYA 16
Mutfakçı Mobilya
Layihə Meneceri (Gəncə)
Son tarix 26 avq 2022 - [email protected]
Ümumi təsvir: Mebel və interyer həllərinə fokuslanan Mutfakçı şirkəti Gəncə şəhərində layihə meneceri vəzifəsi üzrə vakansiya elan edir. Şirkətimiz yerli istehsal olmaqla yanaşı, Avropanın aparıcı mebel istehsalçılarının Azərbaycanda distribyutorudur.
Tələblər:
- Yaş həddi 25 – 40 arası, Gəncə-də yaşayan əməkdaşlar;
- Ali təhsil;
- İnşaat sahəsində təcrübə;
- Layihə idarəedilməsi üzrə biliklər;
- Ana dilimizdə və Rus dilində sərbəst danışmaq.
Vəzifələr:
- Şirkətin istehsal etdiyi mebellərin qurlaşdırılması prosesinə nəzarət etmək
- Ölçülərin götürülməsi, sifarişlərin həyata keçirilməsini izləmək
- İnteryer dizayn, layihə idarəedilməsi və müqavilə üzrə satış prosesinə nəzarət
- Müştərilərlə işlərin düzgün təşkil edilməsi
- Xarici və respublikanın bölgələrinə ezamiyyətlər.
İş barədə məlumat:
- Bazarda yüksək əmək haqqı;
- Rəsmi iş şəraiti;
- Telefon və digər lazımı vasitələrlə təminat;
- Treninqlər, şəxsi inkişaf qrafikinə uyğun olaraq fəaliyyət;
- İş qrafiki: I-VI günlər
QEYD: Yuxarıda olan tələblərə uyğun namizədlərdən CV-lərini elektron ünvanına göndərməyiniz xahiş olunur.
Telefon: 055 270 0015
VAKANSİYA 17
A+A Security
Texniki dəstək (Support)
Son tarix 26 avq 2022 - [email protected]
Tələblər:
- Yaş həddi: 25-30
- Ən azı 2 il müvafiq sahədə iş təcrübəsi
- Dİl bilikləri: İngilis dili, Rus dili
- MS Excel , MS Word proqramlarından istifadə
Vəzifə öhdəlikləri:
- Monitorinq sistemində (MS) təminatçı tərəfindən hər ay yayımlanan yeniliklərin öyrənilməsi,
- MS-i müştərinin istəyinə uyğun şəkildə formalaşdırmaq (xəbərdarlıqların, hesabatların, tapşırıqların və s. hazırlanması)
- MS-də baş verən problemlərin təhlil olunması və sistem təminatçısına çatdırılması
- Yeni aplikasiya üçün MS-də sturukturun (sensorlar, hesabatlar, tokenlərin və s.) qurulması
- Müştəri məmnuniyyəti mütəxəssisi və digər işçilərə lazim gəldikdə treninqlərin keçirilməsi
- MS imkanlarından istifadə edərək müştərinin xüsusi həll tələb edən sorğularının yerinə yetirilməsi
- Müştərinin nəqliyyatla əlaqədar gördüyü mexaniki işi avtomatlaşdırmaq
İş şərtləri:
- Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
- İstirahət günləri – şənbə və bazar günləri
Əmək haqqı : 600-700 azn
Maraqlanan şəxslərdən CV-lərini göndərmələri xahiş olunur.
E-mail göndərilərkən mövzu hissəsinə "Texniki dəstək (Support)" başlığı yazılmalıdır.
VAKANSİYA 18
MKT İstehsalat Kommersiya MMC
Layihə tərcüməçisi
Son tarix 26 avq 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Rəhbərliyin iştirak etdiyi iclaslarda, konfranslarda, onlayn görüşlərdə tərcümə fəaliyyətini yerinə yetirmək;
- Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək, müvafiq üslubu gözləmək, tam peşəkar səviyyədə işi təhvil vermək;
- Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
- Məxfi məlumatlarla işləmək, onların gizliliyini qoruyub saxlamaq;
Tələblər:
- Tərcümə ixtisasında ali təhsil;
- Tərcümə sahəsində ən azı 3 il iş təcrübəsi;
- Yüksək sinxron,ardıcıl,pıçıltılı tərcümə etmə qabiliyyəti;
- Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq;
- İngilis dilini və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilmək, rus dilini bilmək arzu olunandır;
- Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
- İşgüzar səfər etməyə açıq olmaq.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi;
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
VAKANSİYA 19
Turban Moda
Mühasib
Son tarix 26 avq 2022 - [email protected]
Əmək haqqı namizəddən asılı olaraq 700-1,000 AZN
Vəzifəyə olan tələblər:
- 1C Əməliyyat sistemində günlük əməliyyatların işlənilməsi;
- Qaimələrin tərtib edilməsi, təhvil-təslim aktlarının, hesab-fakturaların yazılması;
- Bank və kassa əməliyyatlarının mədaxil və məxarici;
- Vergi qanunvericiliyinə uyğun olaraq sənədləşmənin aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və digər dövlət orqanlarına müvafiq hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Vergilər və digər dövlət qurumları ilə bağlı bütün məsələlərlə əlaqədar olaraq yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
- Vergi və Mühasibatlığa aid olan qanunvericilikdə dəyişiklikləri izləmək;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirməsi.
Namizədə olan tələblər:
- Dil biliyi: Azərbaycan dili. Rus dili və İngilis dilləri əlavə üstünlükdür;
- Təhsil: İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə sahəsində ali təhsil;
- Beynəlxalq ACCA (mühasibat uçotu) serifikatların mövcudluğu əlavə üstünlükdür;
- Müvafiq sahədə 2 il və daha çox aktiv təcrübəsinin olması;
- e-taxes.gov.az (online kargüzarlıq, E-qaimə, Depozit hesabı və s.) sərbəst işləmə bacarığı;
- 1C əməliyyat sistemində sərbəst işləmə bacarığı;
- Ofis proqramlarını (Word, Excel) bilmək;
- Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
- Məsuliyyətli və məsələlərin həllində təşəbbüsün göstərilməsi bacarığına malik olması.
VAKANSİYA 20
Azal Club
Digital Marketing Mütəxəssisi
Son tarix 26 avq 2022 - [email protected]
Namizədə tələblər:
- Marketinq və ya biznes sahəsində bakalavr dərəcəsi;
- Marketinq Platformaları üzrə biliklər: Google Analytics, Yandex Metrica, Google Ads; Remarketing Tools, Google Tag Manager, Google Search Console, Google Optimize for UX, Semrush, Mailchimp;
- Mobil tətbiqlərin bazara çıxarılması və promote edilməsi sahəsində təcrübə üstünlükdür;
- DMI diplomu əlavə üstünlükdür;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və yenilikçi düşünmə bacarığı;
- Analiz etmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan dili; ingilis və ya rus dili sərbəst.
- Digital marketing sahəsi üzrə ən azı 2-3 il iş təcrübəsi;
Namizədə tələblər:
- Brendin və xidmətlərin rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsini idarə etmək;
- Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
- A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək;
- Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi və hər bir yerləşdirmə kanalları (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
- Google, Facebook və İnstaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsi və izlənilməsi
- Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;
- Məhsul və xidmətlərin istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək.
- Ən yeni və köklü SEO təcrübələrini analiz və tətbiq etmək;
Əlavə məlumatlar:
- Əmək haqqı: Müsahibə əsasında
- İş qrafiki: 5 gün, 09:00 – 18:00.
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Digital Marketing Mütəxəssisi” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.