FED.az xəbər verir ki, Beynəlxalq Bank Bakı şəhərində yerləşən filiallarına Xəzinədar (Kassir) vakansiyası elan edir.
Eləcə də bax: "Sirab" işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
Filial müdiri və baş mühasibin iştirakı ilə mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri və baş mühasibinin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması;
Tələb olunan səriştələr:
Müştərilərlə nəzakətli ünsiyyət;
Müştərilərə vaxtında və keyfiyyətli xidmətin göstərilməsi;
İntizam, daxili sənədlərinə və daxili qaydalarına ciddi riayət etmək.
Bizim üçün ideal namizəd:
Ali iqtisadi təhsilli;
Ünsiyyətçil, vicdanlı, təşəbbüskar;
Komandada işləmək bacarığı olan;
Riyazi hesablama aparmaq qabiliyyəti olan;
Ofis proqramlarında sərbəst iş bacarığı olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
Bankın xəzinə əməliyyatlarını dərindən öyrənmə imkanları;
İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları.
Axtardığımız ideal namizəd sizsinizsə öz CV-nizi 24 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Xəzinədar (Kassir)_Bakı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az