2017-ci ildən fəaliyyətə başlayan "Azərşəkər MMC" kənd təsərrüfatına yeni nəfəs, müasir texnologiyalar və yerli fermerlərə əvəzsiz imkanlar gətirir. Vertikal inteqrasiyalı bir şirkət olaraq fəaliyyət göstərməyi nəzərdə tutduğumuz əkin sahələrində növbəli əkin sisteminə riayət etməyi, müasir kənd təsərrüfatı maşın və avadanlıqlarından, müasir suvarma sistemlərindən və becərmə texnologiyalarından istifadəni nəzərdə tuturuq. Təsərrüfatlarımızda səmərəli kənd təsərrüfatı fəaliyyətinin qurulması və yeni texnologiyaların tətbiqi nəticəsində kənd təsərrüfatının yüksək texnoloji sahəyə çevrilməsi əsas hədəflərimizdəndir.
İdarəetmə sistemləri üzrə Mühəndis elektronçu/Yevlax
İş yeri Yevlax r.
Peşə biliklərinə dair tələblər bilməlidir:
• Müvafiq maşın mexanizimlərin, kənd təsərrüfatı texnikalarının, kompressor nasos qurğularının, avtomatik idarəetmə sistemləri barədə bilikləri;
• Müvafiq kompüter proqramlarını;
• SCADA idarəetmə sistemləri barədə biliklər;
• Kənd təsərrüfatı laboratoriya avadanlıqlarının idarəetmə və mühafizə sistemlərinin təmiri, sazlanması üzrə bilikləri;
• Pivot, sprinkler və s. suvarma sistemlərinin alqoritmlərinin və idarəetmə sistemlərinin layihələndirilməsi və quraşdırılması haqqında bilikləri;
• Maşın-mexanizmlərinin, kənd təsərrüfat texnikalarının avtomatik idarəetmə sistemlərinin təmiri, tələb olunan ehtiyat hissələrinin sifarişini, planlı profilaktik təmir qrafiklərinin hazırlanmasını, cari və əsaslı təmirlərin həyata keçirilməsini;
• Texnikaların avtomatlaşdırma sistemləri üzrə tələb olunan ehtiyat hissələrinin illik büdcəsinin hazırlanması;
• Profilaktik, cari və əsaslı təmir xərcləri üzrə hər texnikaya dair mexaniki xidmətlə birlikdə büdcələrin hazırlanması;
• Tələb olunan digər İT işlərinin həyata keçirilməsi;
• Avtomatik ölçmə cihazlarının, tərəzilərin və digər avadanlıqların iş prinsiplərini;
• Qəza şəraitində avadanlıqların bərpasını və yenidən işə salınmasının təşkilini;
Ümumi tələblər:
• Tələb olunan ixtisas üzrə ali təhsil;
• Müvafiq sahələrdə 5 ildən çox iş təcrübəsi;
• Texniki Rus dili üzrə biliklər;
• İngilis dilləri üzrə biliklər arzuolunandır;
• Məsuliyyətlilik və komandada işləmək bacarığı;
• Analitik qabiliyyətlər.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına başlıq yerində müvafiq vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.