Buta Agro
İnsan Resurslari üzrə Mütəxəssi̇s (Zi̇rə Qəsəbəsi̇)
Son tarix 29 avq 2022 - [email protected]
Vəzifə haqqında məlumat:
Zirə Pomidor İstixanasında İşə qəbul, işdən azad və günlük sənədləşmə proseslərini icra edir. İşçilərin gündəlik dəvamiyyətini izləyir, aylıq iş qrafiklərinin hazırlanmasını təşkil edir. Aylıq tabel uçot sənədləşmələrini icra edir. İşçilərə əmək haqqı kart sifarişlərini keçir və müddəti bitən əmək haqqı kartlarının yenilənməsini təşkil edir və.d.
Vəzifə öhdəliyi:
- Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi;
- Məlumatların Elektron Hökumət Portalına daxil edilməsi;
- İşçilərin icbari sığortasının həyata keçirilməsi;
- İşəqəbul prosesinin planlaşdırılması və işəgötürmənin təşkil edilməsi;
- İşçi ehtiyacının müəyyən edilməsi;
- Daxil olan CV-lərin dəyərləndirilməsi;
- Uyğun namizədlərlə görüşlərin aparılması və onların dəyərləndirilməsi;
- İş yerindən kənar təlim ehtiyaclarının müəyyən edilməsi və müvafiq olduğu təqdirdə təlim mənbələrinin tapılması və onun icrasının dəstəklənməsi;
- İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və proseduraların hazırlanması və həyata keçirilməsi;
- İşçilərin yüksək əmək məhsuldarlığı göstərmələri üçün motivasiya edilməsi;
- Yeni əməkdaşların işə adaptasiya dövründə düzgün istiqamətləndirilməsini, İnsan Resursları ilə koordinasiyasını və yaranan problemlərin həllini təmin etmək;
- Əmək məhsuldarlığının təhlil edilməsi.
Bacarıqlar:
- Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
- Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
- İşgüzarlıq;
- Komandada işləmək bacarığı
- MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoit, 1C 8.3) istifadə bacarıqları
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment ixtisasları üzrə )
- Sahə üzrə 1 il iş təcrübəsi
- AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
- MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Dürüst və vicdanlı olmalı;
Təminatlar:
- Əmək haqqı: 800 AZN
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- İş qrafiki Bazar ertəsi- Cümə günü/ 08:00-17:00, Şənbə günü 08:00-14:00
Vakansiyaya uyğun namizədlər CV-lərini “İR üzrə mütəxəssis-ZİRƏ” başlığı ilə e-mail ünvanına göndərə bilər.
Əlaqədar şəxs: Səidə Ağayeva WhatsApp 050-268-45-95
Ünvan: Zirə qəsəbəsi, Pomidor İstixana Kompleksi
İnsan Resursları üzrə Menecer
Son tarix 29 avq 2022 - - [email protected]
Vəzifə haqqında məlumat:
Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyatı struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq, zəruri sənədlərin yoxlamasını aparmaq, zəruri olan sənədlərin təqdim olunmasını işçilərdən tələb etmək. Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi.
Vəzifə öhdəliyi:
- Müxtəlif təyinatlar üzrə əmrlərin hazırlanması və yayımlanmasını həyata keçirir
- Mövcud vakansiyalar üzrə namizədləri seçir, müvafiq testlərdən, görüşmələrdən keçirir, uyğun olan namizədi işə qəbul edir.
- İşə qəbul sənədlərinin toplanması, yoxlanması, şəxsi işlərin hazırlanması, elektron bazada saxlanmasına nəzarət edir
- Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir
- Bölmələrdə həftəlik iş qrafiklərinin hazırlanmasına və işçilərin həmin qrafiklər üzrə işə gəlməsinə nəzarət edir
- Ezamiyyətə göndərilən işçilərin sənədlərinin hazırlanmasına, prosedura uyğun olaraq ezamiyyət xərcinin düzgün hesablanmasına, işçi geri qayıtdıqdan sonra isə təsdiqedici sənədlər əsasında xərc hesabatının verilməsinə nəzarət edir.
- İşçilərin aylıq tabelinin hazırlanmasına nəzarət edir, ödəniş olunması üçün maliyyə şöbəsinə göndərir
- Region rəhbərləri ilə birlikdə işçilərin məzuniyyət planını hazırlayır, həmin plan üzrə işçilərin məzuniyyətə çıxmasına nəzarət edir:
- Şirkət daxili prosedur qaydalarının pozulması hallarının təsbit edir, işçilərin izahatlarının, təqdimatların və komissiya üçün zəruri olan digər məlumatları toplayaraq nizam-intizam komissiyasını təşkil edir, komissiya tərəfindən verilən əmrin icrasını təmin edir:
- Vəzifə dəyişikliyi ehtiyaclarını araşdırır, uyğun sənədləşmənin aparılmasına nəzarət edir
Bacarıqlar:
- Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
- Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
- İşgüzarlıq;
- Komandada işləmək bacarığı
- MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoit, 1C 8.3) istifadə bacarıqları
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment ixtisasları üzrə )
- Sahə üzrə 5 il iş təcrübəsi
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;
- AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
- Azərbaycan və rus dili yüksək, ingilis dili orta səviyyədə olmalı;
- MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Məntiqi və strateji analiz qabiliyyəti yüksək olmalı;
- Dürüst və vicdanlı olmalı;
Təminatlar:
- Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir.
- İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00. İstirahət günləri (şənbə və bazar)
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək.
Vakansiyaya uyğun namizədlər CV-lərini “İnsan Resursları üzrə Menecer” başlığı ilə e-mail ünvanına göndərə bilər.
Əlaqədar şəxs: Səidə Ağayeva WhatsApp 050-268-45-95
Buta Agro
Mühasib
Son tarix 29 avq 2022 - [email protected]
Vəzifə haqqında məlumat:
Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsi, mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir. Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
Vəzifə öhdəliyi:
- Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edir, qayimələri, aktları tərtib edir;
- İşçilərin əmək haqlarını və digər ödənişlərini hesablayır;
- Ezamiyyət hesabatlarının proqrama işlənilməsi və yoxlanılması;
- Mal-material, əsas vəsaitlərin hərəkətinə dair məlumatların mühasibat proqramı bazasına əlavə edilməsi;
- Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işləyir;
- Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim edir;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
- Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlayır, müvafiq hesablar planına işləyir;
- İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
- Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
- Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır,
- mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Mühasibat uçotu, Maliyyə )
- ACCA (Mühasibat uçotu) sertifikatı
- Elektron Portalda və Vergi Məcəlləsi, Əmək məcəlləsi ilə işləmək bacarığı
- Dil biliyi: Azərbaycan dili və Rus dili (mütləq), İngilis dili (arzu olunan)
- Sahə üzrə 3 il iş təcrübəsi
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;
- AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
- Azərbaycan və rus dili yüksək, ingilis dili orta səviyyədə olmalı;
- MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Məntiqi analiz qabiliyyəti yüksək olmalı;
- Dürüst və vicdanlı olmalı;
İşə qəbulun təşkili prosesi:
- 1-ci mərhələdə İQ test olunacaq. Test nəticələri 70%-in üstü olan namizədlər növbəti mərhələyə keçəcək.
- 2-ci mərhələdə Baş mühasib ilə görüşüləcək.
- 3-cü mərhələdə müəssisə rəhbəri ilə görüş həyata keçirilib, işə qəbul prosesi başladılacaq.
Təminatlar:
- Əmək haqqı: 1200 AZN
- İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00. İstirahət günləri (şənbə və bazar)
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək.
- Ünvan: Bakı şəhəri, Nəsimi rayonu
Vakansiyaya uyğun namizədlər CV-lərini “Mühasib” başlığı ilə e-mail ünvanına göndərə bilər.
Əlaqədar şəxs: Səidə Ağayeva WhatsApp 050-268-45-95