Carlsberg Azerbaijan
Top-menecer assistenti/ Səfərlər üzrə koordinator
Son tarix 10 sen 2022 - Müraciət et
İş şəraiti:
Şirkətin təklifi: karyera imkanları, rəqabətqabiliyyətli kompensasiya paketi (illik əsas maaş + şirkətin siyasətinə uyğun olaraq bonuslar) & sosial paket (tibbi sığorta, limitli mobil rabitə, servis, qidalanma və s.).
İş qrafiki: 08:00-17:00, 5 gün
Ünvan: Xırdalan ş., Şamaxı şosesi
Əsas vəzifə öhdəlikləri:
- Baş direktorun və top-menecerlərin təqviminin aparılması;
- Baş direktor və top-menecerlərdən tələb olunan hesabatların hazırlanması;
- Baş direktorun imzalaması üçün sənədlərin hazırlanması;
- Daxili və xarici görüşlərin təşkili;
- Şirkətdə keçirilən müxtəlif tədbirlərin təşkilində köməklik göstərilməsi;
- Şirkət əməkdaşlarının ezamiyyətlərinin təşkili (aviabiletllərin, otelin və transferin bron olunması);
- Ezamiyyə büdcəsinin aparılması və lazımi analitik hesabatların təqdim olunması;
- Baş direktorun iştirakı ilə keçirilən iclasların protokollarının aparılması;
- Rəhbərliyin tapşırığı ilə məktubların, sorğuların və digər sənədlərin tərtib olunması;
- Danışıqlarda, işgüzar görüşlərdə iştirak
Namizədlərə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Azərbaycan, rus və ingilis dili bilikləri sərbəst səviyyədə
- Təşkilati bacarıqlar və yüksək səviyyədə ünsiyyət qurma bacarığı
- Təcrübəli MS Office istifadəçisi
Bilik və bacarıqlar:
- Tapşırıqların icra prioritetinin, ardıcıllığının müəyyən edilməsi bacarığı;
- Rəhbərliyin cari tapşırıqlarının təhlili bacarığı;
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.
Dəyər meneceri
Son tarix 10 sen 2022 - Müraciət et
İş şərtləri:
Şirkət karyera imkanları, layiqli əmək haqqı (illik əsas əmək haqqı + şirkət siyasətinə uyğun olaraq bonuslar) və sosial paket (sağlamlıq sığortası, məhdud mobil rabitə, xidmət, yemək və s.) təklif edir.
İş saatı: 08:00-dan 17:00-dək, bazar ertəsi-cümə.
Yer: Şamaxı şossesi 1, Xırdalan şəhəri.
Əsas öhdəliklər:
- Qiymətlərin stimullaşdırılması da daxil olmaqla, şirkətin qiymət strategiyasının hazırlanması;
- Satış kanallarında çeşid standartlarının hazırlanması;
- Kommersiya planlaşdırılması prosesinə rəhbərlik edilməsi (şirkətin strateji prioritetləri, markalar üzrə aktivləşdirmə təqvimi, TM dəstəyi təqvimi - KFİ dövrü planlaşdırma görüşləri, YMH kommersiyası);
- Dövrlər, inventar vahidi və ərazilər/müştərilər kontekstində effektiv reklam planının formalaşdırılması üçün analitik dəstəklə təminat;
- Satış şöbəsi ilə birlikdə müştəri cəlbediciliyinin qiymətləndirilməsi sisteminin hazırlanması;
- Büdcə prosesində və müntəzəm qiymətləndirmələrdə (Smetalar) iştirak.
Tələblər:
- Ali, kommersiya və ya iqtisadi sahədə təhsilə üstünlük verilir;
- Gündəlik tələbat malları şirkətlərində marketinq və/və ya maliyyə sahəsində təcrübə – ən azı 3 il;
- MS Office - Excel, Power Point, Power BI proqramları istifadəçisi;
- Rus və Azərbaycan dillərini mükəmməl bilmək, ingilis dilini səlis bilmək;
- Yaxşı təşkilatçılıq, ünsiyyət və auditoriya qarşısında çıxış etmək bacarıqları. Nəticə-yönümlülük. Çox tapşırıqlı rejimdə işləmək bacarığı. Müstəqil olaraq yeni bacarıqlar öyrənmək istəyi. Həvəs.
Bacarıq və biliklər:
- Məlumat dəstləri ilə iş təcrübəsi (təhlil, hesabatların hazırlanması);
- Sənədlərlə işləmək bacarığı (hesabat, təqdimat, təlimat və s. yazmaq);
- Şirkətin maliyyə göstəricilərini dərindən başa düşmək və paylama kanallarında işləmək;
- Keyfiyyət və kəmiyyət araşdırmalarında təcrübə (markanın izlənilməsi, innovasiya sınağı, yaradıcı materialların sınaqdan keçirilməsi, medianın effektivliyinin ölçülməsi, seqmentləşdirmə, nüfuz araşdırması, istehlakçı və satınalma davranışının tədqiqi, qiymət elastikliyi);
- Yeniliklərin tətbiqi üzrə təcrübə (məhsul, qablaşdırma, bazarda tanıtım).
Əlaqə məlumatları:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, aşağıdakı keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.
Nəzərə alın ki, yalnız məhdud sayda namizəd müsahibələrə dəvət olunacaq.
Mühəndis-proqramçı
Son tarix 10 sen 2022 - Müraciət et
İş şəraiti:
Şirkətin təklifi: karyera imkanları, rəqabətqabiliyyətli kompensasiya paketi (illik əsas maaş + şirkətin siyasətinə uyğun olaraq bonuslar) & sosial paket (tibbi sığorta, limitli mobil rabitə, servis, qidalanma və s.).
İş qrafiki: 08:00-17:00, 5 gün
Ünvan: Xırdalan ş., Şamaxı şosesi.
Əsas vəzifə öhdəlikləri:
- PMK proqramlarının, operator panellərinin və PMK sistemlərinin SCADA-nın dəstəklənməsi;
- Texnoloji maşınlarda, proses və xətlərdə nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
- Əlavə funksionalların yazılması və əlavə olunması;
- Avtomatlaşdırma sisteminin ehtiyat nüsxələrinin (backup) aparılması;
- Xətlərin, maşın və proseslərin iş qabiliyyətinin optimallaşdırılması və yaxşılaşdırılması.
Namizədlərə tələblər:
- Avtomatlaşdırma sahəsində ali texniki təhsil;
- İş təcrübəsi 3 il və daha çox;
- Azərbaycan və Rus dili sərbəst səviyyədə, texniki ingilis dili bilikləri.
Bilik və bacarıqlar:
- Simatic Manager / Tia Portal / Proleit / WinCC Flex / Elektrik sxemlərin oxunması və təhlili bacarığı
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.
Soyuducu-Kompressor Sahəsinin operatoru
Son tarix 10 sen 2022 - Müraciət et
İş şəraiti:
Şirkətin təklifi: xidməti müqavilə, sosial paket (servis, qidalanma & s.).
İş qrafiki: növbəli; 08:00-20:00, 20:00-08:00.
Ünvan: Xırdalan ş., Şamaxı şosesi.
Əsas vəzifə öhdəlikləri:
- Kompressor stansiyası avadanlığının fasiləsiz işinin təmin olunması;
- Süzmə sexinin, pivə istehsalı sexinin və digər köməkçi bölmələrin lazımi parametrlərdə soyuducu maddə, sıxılmış hava və karbon qazı ilə təmin olunması;
- Dövriyyə suyunun kimyəvi parametrlərinin normada saxlanılması;
- Dövriyyə suyu və qlikol filtrlərinin müntəzəm olaraq təmizlənməsi;
- Texnoloji avadanlığın, cihaz və alətlərin saz vəziyyətdə saxlanılmasının təmin olunması və təhlükəsiz istismarına nəzarət.
Namizədlərə tələblər:
- Ali təhsil;
- Mexanik və operator kimi 2 il; Kompressor sexində ən azı 2 il iş təcrübəsi;
- Kompüter, habelə Microsoft office bilikləri – istifadəçi səviyyəsində;
- Azərbaycan və rus dili bilikləri sərbəst səviyyədə.
Bilik və bacarıqlar:
- Mexanika, ammiak və C02 kimi təhlükəli mayelər (qazlar) barədə biliklər.
- Təhlükəsizlik texnikası sahəsində 3 ildə bir dəfə təlimdə iştirak haqqında sertifikat.
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.
Carlsberg Azerbaijan
Intern of Corporate Communications Department
Son tarix 10 sen 2022 - Müraciət et
The Carlsberg Azerbaijan Company offers students and those who have recently graduated from universities a salaried internship and the job opportunity after graduation.
3rd year and older students (including masters and postgraduates) of the full-time department can undertake an internship at Carlsberg Azerbaijan. Students are offered to conclude an employment agreement (with a certain probationary period). After internship is over, interns with strong performance may be offered permanent employment subject to their experience and specialty (as well as available jobs in the Company).
Benefits of an internship:
The internship at Carlsberg Azerbaijan is
- the opportunity to get a rare and crucial experience in the specialty
- the opportunity to improve the professional and personal skills
- the opportunity to get a highly desirable job, along with higher education
- the opportunity to participate in the real projects of a group of high profile professionals
An internship at Carlsberg Azerbaijan can be your first smart move towards a dream career!
Information concerning participation in the internship program
Requirements for candidates:
- 3rd year and older students
- fluent Azerbaijani & Russian (speaking and writing), preference to be given to the candidates with knowledge of English
- high level of social skills
- good command of MS Office package (Word, Excel)
How to participate?
If you want to participate in the selection for the Carlsberg Azerbaijan Summer Internship Program (Assessment and Testing Center), please, upload your CV at link
The CV must indicate the university you study at, your specialty, skills, and work experience (if any).
"Summer internship program" must be specified as "Vacancy Title"
HoReCa kanalında satışın inkişafı üzrə menecer
Son tarix 10 sen 2022 - Müraciət et
İş şəraiti:
Şirkətin təklifi: karyera imkanları, rəqabətqabiliyyətli kompensasiya paketi (illik əsas maaş + şirkətin siyasətinə uyğun olaraq bonuslar) & sosial paket (tibbi sığorta, limitli mobil rabitə, servis, qidalanma, avtomobil və s.).
İş qrafiki: 08:00-17:00, 5 gün
Ünvan: Xırdalan ş., Şamaxı şosesi.
Əsas vəzifə öhdəlikləri:
- HoReCa kanalında Şirkətin məhsullarının təbliği;
- Əsas müştərilərlə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və dəstəklənməsi;
- Nazarın vəziyyətinin təhlili, yeni müştərilərin axtarışı, müqavilələrin bağlanması;
- Ayrı-ayrı ticarət nöqtələrinin fəaliyyətinə nəzarət hissəsində bütün bəndlərə əməl olunması;
- RTM müəyyən edilməsi: strategiyanın hazırlanması və tətbiq olunması, distribusiya strukturunun optimallaşdırılması;
- P&L əsasında distribüterlərin mənfəətliliyinin qiymətləndirilməsi;
- Distribusiya strukturunun optimallaşdırılması, distribüterlərin qiymətləndirilməsi meyarlarının hazırlanması və aktual saxlanılması;
- HoReCa kanalında müştərilərlə danışıqların aparılması, distribüter və müştərilər arasında kompensasiya və ödənişlər üçün bütün sənədlərin təqdim olunması, müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət;
- Təhkim olunan kanallarda və müştərilər tərəfindən Şirkətin ticarət avadanlığının istifadəsinə və salamatlığına nəzarət;
- Şirkətlə bilavasitə kredit şərtləri ilə işləyən müştərilərin ödənişləri vaxtlı-vaxtında həyata keçirməsinə nəzarət;
- Ünvanlı proqramların, ticarət və istehlak promo tədbirlərinin təşkili, onların həyata keçirilməsinə nəzarət
Namizədlərə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Azərbaycan və rus dili bilikləri sərbəst səviyyədə; ingilis dili bilikləri – Intermediate səviyyəsindən yuxarı
- Təşkilati bacarıqlar və mükəmməl ünsiyyət bacarığı
- Danışıqların aparılması bacarığı
- Təcrübəli MS Office istifadəçisi
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.