Company
Mühasib
Son tarix 20 noy 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Kassa,Bank əməliyyatlarının həyata keçirilməsi - Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- E-taxes.gov.az, E-customs.gov.az portallarından istifadə etmə bacarığı;
- Elektron Qaimə Faktura, Hesab Fakturalarının işlənməsi;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Ödəniş tapşırıqları və Təhvil-Təslim Aktlarının tərtib olunması;
- Ödəniş tapşırıqlarının hazırlanması
- Lizinq və kredit ödənişlərinin sistemə işlənilməsi
- Gündəlik mühasibat yazılışlarının verilməsi
- Anbar fəaliyyətini müəssisənin uçot siyasətinə müvafiq olaraq formalaşdırmaq və daimi nəzarətdə saxlamaq,
- Anbara mədaxil və məxaric əməliyyatlarının uçot proqramında aparılmasını təmin etmək və nəzarətdə saxlamaq,
- İnventarlaşdırmanın aparılmasında iştirak etmək.
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə);
- Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür);
- Təhsil:Ali (mühasibat uçotunu bitirənlərə və (və ya) beynəlxalq sertifikasiya imtahanlarında uğur qazananlara üstünlük verilir)
- Yüksək riyazi bilik və analitik qabiliyyət səviyyəsi
- Məsuliyyətli və dəqiq olmaq
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- MS Office proqramları (xüsusiylə excel), uçot proqramları SAP, 1C,
- Əla səviyyədə Azərbaycan dili,
- Ünsiyyət və yazışma səviyyəsində İngilis dili,
- Riyazi hesablama bacarıqları,
- Analitik təhlil etmə qabiliyyəti.
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı.
Şəxsi keyfiyyətlər:
- Detallara qarşı diqqətcillik;
- Kollektivdə işləmə və ünsiyyət qurma bacarığı.
Əmək haqqı: 1000-1500 AZN Net.