Caspian Broadcasting Company
Təchizat meneceri
Son tarix 08 may 2023 - [email protected]
Vəzifə öhdəlikləri barədə məlumat:
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq (müqayisə), eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Hesabat, təqdimat, memorandum və s. hazırlanması;
- Mal/materialların alınması üçün təchizatçılarla qiymət təkliflərinin şirkətin siyasətinə uyğun aparma bacarığı;
- Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması;
- Xərclərin azaldılması məqsədilə təkliflərin verilməsi;
- Müqavilə imzalanması ilə bağlı qalib və digər iştirakçı təşkilatlara bildirişlərin göndərilməsi və Podratçı təşkilatların təqdim etdiyi təminatların qeri qaytarılması prosesinin həyata keçirilməsi;
- Təchizatçılar ilə əlaqələrin yaradılması
- Sifarşlərin düzgün təhlil edilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Yaş : 25-40 yaş;
- 2 il iş təcrübəsi
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dili arzuolunandır;
- Dövlət satınalmaları haqqında qanunvericiliyi bilməli;
- MS Office
Əlavə məlumat:
- İş qrafiki: Beş günlük iş həftəsi ( 09:00 – 18:00)
- AR Əmək məcəlləsinə uyğun qeydiyyat
- Əməkhaqqı:1500-2000 AZN
CV-lərinizi elektron poçt ünvanına Təchizat Meneceri başlığı ilə göndərməyiniz xahiş olunur
Mühasib
Son tarix 08 may 2023 [email protected]
Vəzifə öhdəlikləri barədə məlumat:
- Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
- Vergi orqanları ilə yazışmalar
- Vergi və mühasibat uçotunun aparılması
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
- Əməliyyatların 1C proqramında işlənməsi
- Vergi hesab fakturaların yazılması
- Bank və kassa əməliyyatları
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Namizədə dair tələblər:
- Minimal 3 il iş təcrübəsi
- Vergi və Əmək Məcəlləsi üzrə biliklər
- 1C, BTP, B3, MS Office proqramlarını bilmək
- Azərbaycan, İngilis və Rus dillərini bilmək
- Korporativ etika norma və qaydalarına riayət
Əlavə məlumat:
- İş qrafiki: Beş günlük iş həftəsi ( 09:00 – 18:00)
- AR Əmək Məcəlləsinə uyğun qeydiyyat
- Əməkhaqqı:1500-2000 AZN
CV-lərinizi elektron poçt ünvanına Mühasib başlığı ilə göndərməyiniz xahiş olunur
Hüquqşünas
Son tarix 08 may 2023 [email protected]
Vəzifə öhdəlikləri barədə məlumat:
- Şirkət daxili hüquqi sənədlərin hazırlanması;
- Şirkətin insan resurslarının idarə olunması prosesində hüquqi dəstək;
- Şirkətin maliyyə və digər strukturlarının hüquqi müşayiəti;
- Müqavilələrin hazırlanması, yoxlanılması (o cümlədən xarici şirkətlər ilə), eləcə də müqavilələrin bağlanması üçün zəruri olan görüş və danışıqlarda, eləcə də iclaslarda iştirak;
- Şirkətin fəaliyyətinə aid məsələləri tənzimləyən normativ hüquqi aktlarda baş verən dəyişikliklər barədə şirkətin müvafiq şöbələrinə məlumatın verilməsi;
- Şirkətin daxili proseslərinin əsasnamələrinin tərtibi.
Namizədə dair tələblər:
- Ali hüquq təhsili
- Ən azı 3 il hüquqşünas kimi iş təcrübəsi
- Əmək Məcəlləsi üzrə biliklər
- Ölkədaxili və beynəlxalq müqavilərələrin tərtibinə dair, o cümlədən ölkələrarası və beynəlxalq hüquq normaları üzrə biliklər
- Korporativ hüquq sahəsində biliklər
- Azərbaycan və rus dillərində mükəmməl, ingilis dilində ən azı orta danışıq, yazma qabilliyyəti
- Təşkilati bacarıqlar;
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Korporativ etika norma və qaydalarına riayət
Əlavə məlumat:
- İş qrafiki: Beş günlük iş həftəsi ( 09:00 – 18:00)
- AR Əmək məcəlləsinə uyğun qeydiyyat
- Əməkhaqqı:1500-2000 AZN
CV-lərinizi elektron poçt ünvanına Hüquqşünas başlığı ilə göndərməyiniz xahiş olunur