Company
Mühasib
Son tarix 07 okt 2023 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətdə mühasibat uçotunun təşkili və aparılmasını təmin etmək;
- Aylıq, rüblük və illik vergi (ÖMV, gəlir, mənfəət və s.), DSMF və Statistika hesabatlarının tərtib edilməsi və göndərilməsi;
- E-Qaimə fakturalarının və Hesab Fakturaların qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
- Mühasibatlıqla bağlı rəsmi müqavilələrin hazırlanması;
- 1C ( 8.3) mühasibatlıq proqramında işlərin icrası
Təhsil və Təcrübə üzrə:
- Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
- İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il professional iş təcrübəsi (Vergi Mühasibi kimi təcrübəsi olanlar, Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdə təcrübəsi olanlara üstünlük veriləcəkdir);
- Advanced Excel bilikləri mütləqdir (yüksək səviyyədə funksiya və formulalarla işləmə bacarığı);
- Rus dilli biliyi mütləqdir;
Şəxsi Keyfiyyətlər:
- Özünü inkişafa meyilli, təşəbbüskar, təcrübəsinə güvənən, punktual və nizam-intizamlı;
- Multitasking bacarıqları; mühasibatlıqla bağlı fərqli və müxtəlif yönümlü proseslərdə əməliyyatları idarə etmə bacarığı;
- Riyazi zəka, analiz etmə bacarığı və həll yönümlü olmaq;
- Disiplin, məsuliyyətli və dəqiq olmaq, o cümlədən planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları;
- Yaş həddi: 35 yaşa qədər
İş şəraiti:
- İş rejimi: 5/2, 09:00-18:00 (13:00-14:00 nahar)
- Əmək haqqı: 800-1500 AZN (Əmək haqqı təcrübəyə əsasən artandır)
Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Mühasib” qeyd edərək e-mailə yollaya bilərlər.