Professional Real Estate Services
Hüquqşünas
Son tarix 06 okt 2023 - [email protected]
Namizədə dair tələblər:
- Hüquq ixtisası olmaq
- Az.Res Qanunvericiliyini (Mülki Məcəllə, Əmək Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi, İnzibati və s.) bilmək,
- Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
- MS Office məhsulları üzrə bilik və vərdişlər
- Yaş: 25-40
- İş təcrübəsi: minimum 5 il
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və ingilis dili (orta)
- Komanda ilə işləmək bacarığı
- Stressə davamlı və öyrənməyə maraqlı,
- Diqqətli və Operativ olması
- Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı
İş barədə məlumat:
- Müqavilə işləri - müqavilələrin hazırlanması və ekspertizası;
- Müqavilə münasibətlərindən, torpaq, əmək, inzibati mübahisələrdən irəli gələn mübahisələrin həlli;
- Təsis və dəyişikliklər (ASC, QSC, MMC) üzrə sənədlərlə işlər aparmaq;
- Notarius işlərinin təşkili və sənədlərin təsdiqi;
- Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması;
- Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya vermək;
- Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
- Daxili prosedurların, qaydaların, təlimatların və s., hazırlanmasında iştirak etmək və təkmilləşdirilməsi məqsədi ilə rəy və təkliflər vermək;
- Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər işləri icra etmək.
Əmək haqqı: 3000 AZN
Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Hüquqşünas ” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Qeyd: CV-lər mail ünvanına göndərilsin zəhmət olmasa.