SMTS
Mexanika üzrə Keyfiyyətə Nəzarət mühəndisi
Son tarix 01 okt 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Layihənin mexanika bölümün dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
-
Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
-
Mexanika işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
-
Layihə çizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
-
Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərlərinə bildirmək;
-
Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;
-
Tikinti sahəsində mexaniki işlərin təhlili,yoxlanılması və koordinasiyanı təşkil etmək;
-
Mexaniki avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
-
Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək;
-
Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
-
Podratçı və subpodratçı müqavilələri əsasında işlərin icrasına nəzarət etmək;
-
AutoCAD proqramından istifadə edərək, bütün təsvirləri hazırlamaq;
-
Tikinti, elektrik, su çəkilişi (MEP) və istilik, havalandırma və isitmə (HVAC), o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirilməsi və tikinti planları, təsvirləri və spesifikasiyalarını nəzərdən keçirmək;
-
Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq;
-
Podratçıların layihə hazırlanmasına nəzarət etmək, MEP standartlarına uyğun olaraq sənədləri nəzərdən keçirmək;
-
Layihənin təhlükəsizliyinə dair qaydaları tətbiq etmək;
-
Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə tikinti işlərinin monitorinqini aparmaq və hesabat təqdim etmək;
-
Müfəssəl fəaliyyət planlarının tərtib edilməsinə yardım göstərmək, daxili sənədlərin təqdim olunmasını həyata keçirmək və ya əməkdaşlıq edən şirkətlərin rəy və təkliflərini əldə etmək;
-
Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlər aparmaq və məlumat bazasını sənədlər üzrə yeniləmək.
Tələb olunan təhsil və biliklər:
-
Mexanika mühəndisi ixtisası üzrə ali təhsil
-
Mexanika mühəndisi olaraq inşaat sektorunda ISO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
-
MS office və AutoCAD proqramlarını əla səviyyədə bilməli;
-
Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini səlist ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
-
Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
-
Komandada işləmək bacarığına sahib olmalı;
-
Analiz və idarəetmə bacarığı.
Digər tələb və şərtlər:
-
Yaş həddi: 27-50
-
Əmək haqqı 2000-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
-
İş rejimi: 6 günlük iş həftəsi
-
Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində elektron ünvanına mövzu yerinə “Mexanika üzrə Keyfiyyətə Nəzarət mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.