Performance Center Co
Avtomobil Servis Rəhbəri
Son tarix 16 sen 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Avtomobil Servis mərkəzinin gündəlik işinin planlanması və tənzimlənməsi
- Avtomobil Servis mərkəzinə daxil olan müştərilərin qarşılanması və avtomobildə təmir işinin təşkil olunması
- Avtomobil Servis personalının idarə olunması və effektiv işinin təşkili
- Avtomobil Servis mərkəzi daxilində nizam-intizam qaydalarına və korporativ üsluba riayət olunmasına nəzarət etmək
- Avtomobil Servis daxili avadanlıqlarının təmiri və dövri qulluqlarının təşkil olunması
- Müştərilərin razılığına və loyallığına nail olmaq
- Avtomobillərə göstərilən texniki xidmət satışları üzrə qoyulmuş hədəflərə nail olmaq
- Avtomobil Servis əməkdaşlarının əsas performans göstəricilərinin təhlili və müvafiq qiymətləndirmənin aparılması
- İdarə etdiyi personalın güclü və zəif tərəflərinin müəyyən edilməsi və müvafiq təlim tədrislərə yönləndirilməsi
- Avtomobil Servis əməkdaşları ilə mütəmadi toplantıların təşkil olunması və mövcud problemlərin həlli istiqamətində çalışmaq
- Müştəri müraciətlərinin qısa zamanda həlli və cavablandırılması
Namizədə qarşı tələblər:
- Ali təhsil
- Yaş: 30-45
- Azərbaycan, rus dillərində səlis danışıq (ingilis dili arzu olunandır)
- Avtomobil servisi idarəçiliyi sahəsində minimum 3 illik təcrübə
- Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq
- Təqdimat bacarığının olması
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 1800-2000₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Avtomobil Servis rəhbəri” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.