Company
İnsan resursları əməliyyatları üzrə mütəxəssis
Son tarix 27 noy 2022 [email protected]
Vəzifə öhdəlikləri:
- İşə qəbul edilən işçilərin müqavilələrinin hazırlanması, şəxsi işlərinin yaradılması;
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin Elektron informasiya sistemi (ƏMAS) uyğun olaraq vaxtında daxil edilməsi;
- İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
- Nizam-intizam tənbehi, əmək qabiliyyətinin itirilməsi halları üzrə müvafiq sənəd və proseslərin icrası, koordinasiyası və izlənməsi;
- İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) ödənişinin həyata keçirilməsi;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların təqdim edilməsi;
- İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil;
- İnsan Resursları üzrə mütəxəssis olaraq minimum 2 il iş təcrübəsi;
- Yaxşı səviyyədə 1C (8.2: 8.3) bilikləri;
- Yaxşı səviyyədə MS Excel bilikləri;
- Səlis Azərbaycan və Rus dili bilikləri;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
- Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
- Kadr kargüzarlığının aparılmasına dair biliklər;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: 1000-1300 AZN.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı mail ünvanına vakansiyanın adını qeyd etməklə cv göndərə bilərlər.