Azərbaycan Respublikasının Mərkəzi Bankı
Aparıcı hüquq məsləhətçisi
Son tarix 13 avq 2024 - Müraciət et
Struktur bölmənin adı: Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti / Sığortaçılara prudensial nəzarətin metodologiyası şöbəsi
Vəzifənin adı: Aparıcı hüquq məsləhətçisi
Hesabatlı olduğu vəzifə: Şöbə rəisi
Vəzifənin funksiyaları:
- Sığorta bazarı üzrə peşəkar fəaliyyətin tənzimlənməsi və nəzarətinə dair normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətini həyata keçirir;
- Sığortaçıların risk profilinin qiymətləndirilməsi üzrə metodoloji çərçivənin ümumi əsaslarının, eləcə də sığorta, bazar, kredit, likvidlik, əməliyyat, komplayens və digər risklərinin, korporativ idarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin, o cümlədən ayrı-ayrı risk siyasətlərinin, risklərin idarə olunması üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsi üzrə metodoloji alət və prosedurların formalaşdırılmasında iştirak edir;
- Sığorta bazarında aparılan nəzarət fəaliyyətlərinin nəticələrinə uyğun olaraq nəzarət proseslərinin, habelə nəzarət tədbirlərinin qanunvericilik bazasının qiymətləndirilməsi, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlayır;
- Sığortaçıların risk profilinin qiymətləndirilməsinin metodoloji əsaslarının işlənməsi və daimi təkmilləşdirilməsini həyata keçirir;
- Sığorta bazarını tənzimləyən qanunvericilik aktlarının hazırlayır;
- Sığorta fəaliyyətinə prudensial nəzarəti həyata keçirən struktur bölmələrinə metodoloji tövsiyələr verilməsində iştirak edir, müvafiq nəzarət alət və prosedurlarının daimi təkmilləşdirilməsi üçün müzakirələr aparır;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsində iştirak edir;
Kompetensiyalar:
- Əsas kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
Texniki kompetensiyalar
- Sığorta üzrə normayaratma
- Maliyyə üzrə biliklər
- Analitik düşüncə
Davranış kompetensiyaları
- Tədqiqat aparma
- Təhlil etmə və analitik hesabat tərtib etmə bacarığı
- Normativ sənədləri hazırlama bacarığı
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
Təcrübə:
- Hüquq profilli əməkdaşlar üzrə
- Minimum 3 il, sığorta, bank sahəsində və ya digər qurumlarda hüquqşünas kimi fəaliyyət;
- sığorta hüququ, mülki hüquq, sığorta sektoru üzrə ümumi biliklər;
- Normayaratma, həmçinin qanunvericilik layihələrinin təkmilləşdirilməsi, nəzarət orqanı yaxud dövlət hakimiyyəti orqanına təqdim olunan detallı hesabatların hazırlanması, anderraytinq prosesindən sonra həmin məlumatlar əsasında sığorta, təkrarsığorta müqavilələrin hazırlanması və təkrarsığorta münasibətlərindən yaranan məsələlərin həll edilməsi, sığorta qaydaları üzrə sığorta məhsullarının formalaşdırılması prosesində iştirak etmiş, həmçinin gündəlik iş prosesində daxil olan müraciətlərin hüquqi aspektdən araşdırılması işlərinə cəlb edilmiş şəxslərə üstünlük verilir.
Təhsil:
- Ali təhsil (hüquq)
- Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)
- Kompüter bacarığları
- MS Office yüksək səviyyədə
Müraciət üçün son tarix: 12.08.2024
Anbar işinin təşkili bölməsinin mütəxəssisi (anbardar)
Son tarix 15 avq 2024 Müraciət et
Struktur bölmənin adı: Satınalmalar departamenti
Vəzifənin adı: Anbar işinin təşkili bölməsinin mütəxəssisi (anbardar)
Vəzifənin funksiyaları:
- Müxtəlif material qiymətlilərinin – hazır məhsul, detallar, alətlər, əşyalar və s. anbara qəbulu, saxlanılması və anbardan verilməsini həyata keçirir;
- Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayır;
- Material qiymətlilərinin növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri uzrə bölüşdürülməklə, əl və ya alətlər, xususi mexanizmlər vasitəsilə anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin edir;
- Korlanmasının və itkisinin qarşısının alınması məqsədilə material və məhsulların saxlanılmasını təşkil edir;
- Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması üzrə işlərə rəhbərlik edir;
- Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların catışmazlığı və korlanması barədə aktları tərtib edir;
- Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti uzrə hesabat sənədləşdirməsini aparır.
Kompetensiyalar:
Əsas kompetensiyalar
- Məsuliyyətlilik
- Ünsiyyətqurma və komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Texniki kompetensiyalar
- Texniki uçot prosesi
- Əsas vəsaitlərin inventarizasiyası
- Təqdimat və yazı bacarığı
- Davranış kompetensiyaları
- Vaxtın idarəedilməsi
- Stressə davamlılıq
Təcrübə:
- Müvafiq sahədə minimum 1 il
Təhsil:
- Ali təhsil
- Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə)
- İngilis dili və Rus dili (arzuolunandır)
- Kompüter bacarığları
- MS Office yaxşı səviyyədə
Son müraciət tarixi: 14.08.2024
Mütəxəssis (dilçi)
Son tarix 13 avq 2024 Müraciət et
Struktur bölmənin adı: Hüquq və təşkilati işlər departamenti/ Sənədlərlə iş bölməsi
Vəzifənin adı:Mütəxəssis (dilçi)
Vəzifənin funksiyaları:
- Mərkəzi Bankda hazırlanan hüquq aktların layihələrinin linqvistik ekspertizasını həyata keçirir, o cümlədən:
- hüquqi aktların layihələrinin mətnlərini araşdıraraq onların Azərbaycan ədəbi dilinə və hüquq terminologiyasına uyğunluğunu təmin edir;
- hüquqi aktların lakonik, aydın, oxunaqlı və sadə dildə ifadə olunmasını təmin etmək məqsədilə stilistik düzəlişlər edir;
- hüquqi aktların ziddiyyətli təfsirini istisna etmək üçün dil və üslub baxımından uyğunluğunu təmin edir;
- Mövcud hüquqi aktları dil və üslub baxımından mütəmadi olaraq nəzərdən keçirir və ehtiyac olarsa dəyişikliklər üçün təkliflər verir;
- Hüquqi aktların hazırlanması prosesində hüquqi aktların linqvistik aspektləri üzrə Mərkəzi Bankın əməkdaşlarının sorğularını cavablandırır;
- Mərkəzi Bankın əməkdaşları üçün hüquqi aktların linqvistik aspektləri üzrə tədris materialları hazırlayır, təlimlər keçirir;
- Hüquqi aktların linqvistik ekspertizası sahəsində digər dövlət qurumları və dilçilik üzrə ixtisaslaşmış təşkilatlarla əməkdaşlıq edir;
Kompetensiyalar:
- Əsas kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Texniki kompetensiyalar
- Təqdimat və yazı bacarığı
- Müzakirə aparmaq bacarığı
- Analitik təhlil etmə
- Texnologiyalarla bağlı biliklər
Davranış kompetensiyaları
- Ünsiyyətqurma
- Vaxtın idarəedilməsi
- Qərar qəbul edilməsi
- Stresə davamlılıq
Təcrübə:
- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və ya filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) ixtisasları üzrə yaxud Azərbaycan dili üzrə redaktor vəzifəsində azı 3 il iş təcrübəsi
Təhsil:
- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və ya filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) ixtisası üzrə ali təhsil, Azərbaycan dili üzrə redaktor vəzifəsində azı 5 il iş təcrübəsi mövcud dolduqda ali təhsil
- Dil bacarığı
- Səlis Azərbaycan dili (ingilis dili və rus dili arzuolunandır)
- Kompüter bacarıqları
- MS Office proqramları
Müraciət üçün son tarix: 12.08.2024
Müraciətlərin təhlili bölməsinin mütəxəssisi
Son tarix 12 avq 2024 Müraciət et
Struktur bölmənin adı: İstehlakçılarla iş departamenti
Vəzifənin adı: Müraciətlərin təhlili bölməsinin mütəxəssisi
Vəzifənin funksiyaları:
- Departamentin daxili statistik təhlillərini aparmaq;
- Departamentin daxili hesabatlarını hazırlamaq, aidiyyəti üzrə göndərilməsini təmin etmək;
- Departamentə daxil olan müraciətlərin təhlilini aparmaq və bu istiqamətdə işlərin görülməsini təmin etmək;
- Departamentin daxilində mövcud olan Müraciətlərin Qeydiyyatı Sistemində dürüstlüyü təmin etmək;
- Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi istiqamətində təşkil olunan yoxlamalarda iştirak etmək;
- Sahənin inkişafı ilə bağlı beynəlxalq praktikada mövcud olan üsulları araşdırmaq;
Kompetensiyalar:
Əsas kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
Texniki kompetensiyalar:
- “Vətəndaşların müraciətləri haqqında” AR Qanunu üzrə biliklər
- Bank və ya sığorta ilə bağlı qanunvericilik bilikləri
- Konstitusiyanın əsasları üzrə ümumi biliklər
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər
- Təqdimat və yazı bacarığı
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Ünsiyyətqurma
- Vaxtın idarəedilməsi
- Qərar qəbul etmə
- Stressə davamlılıq
Təcrübə:
- Maliyyə sektorunda azı 1 illik iş təcrübəsi
Təhsil:
- Ali təhsil;
Dil bacarığı:
- Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı
- Kompüter bacarıqları
- MS Office proqramları (xüsusilə Excel);
Müraciət üçün son tarix: 11.08.2024
Aparıcı analitik
Son tarix 13 avq 2024 Müraciət et
Struktur bölmənin adı: Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti / Sığortaçılara prudensial nəzarətin metodologiyası şöbəsi
Vəzifənin adı: Aparıcı analitik
Hesabatlı olduğu vəzifə: Şöbə rəisi
Vəzifənin funksiyaları:
- Sığortaçıların risk profilinin qiymətləndirilməsi üzrə metodoloji çərçivənin ümumi əsaslarının, eləcə də sığorta, bazar, kredit, likvidlik, əməliyyat, komplayens və digər risklərinin, korporativ idarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin, o cümlədən ayrı-ayrı risk siyasətlərinin, risklərin idarə olunması üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsi üzrə metodoloji alət və prosedurların formalaşdırılmasını həyata keçirir;
- Sığortaçıların biznes modeli, biznes strategiyası və onların həyata keçirilməsi üçün tətbiq etdikləri idarəetmə sisteminin təhlilinin metodoloji alətlərinin inkişaf etdirilməsində iştirak edir;
- Sığortaçıların əsas fəaliyyətlərinin müəyyən edilməsi və təhlilinin aparılması, habelə əsas fəaliyyətlərdən irəli gələn sığortaçının maliyyə dayanıqlığı üzrə məruz qaldığı risklərin aşkar edilməsi üçün metodoloji əsasların işlənməsi və daimi təkmilləşdirilməsində iştirak edir;
- Sığortaçıların risk profilinin qiymətləndirilməsinin metodoloji əsaslarının işlənməsi və daimi təkmilləşdirilməsini həyata keçirir;
- Sığorta bazarını tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında iştirak edir;
- Sığorta bazarı üzrə peşəkar fəaliyyətin tənzimlənməsi və nəzarətinə dair normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətini həyata keçirir;
- Sığorta fəaliyyətinə prudensial nəzarəti həyata keçirən struktur bölmələrinə metodoloji tövsiyələr verilməsində iştirak edir, müvafiq nəzarət alət və prosedurlarının daimi təkmilləşdirilməsi üçün müzakirələr aparır;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsində iştirak edir;
Kompetensiyalar:
Əsas kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
Texniki kompetensiyalar
- Ümumi iqtisadiyyat və sığorta işi
- Maliyyə
- Maliyyə riyaziyyatı
- Analitik təhlil
- Təqdimat və yazı bacarıqları
- Ünsiyyətqurma
Davranış kompetensiyaları
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
- Stressə davamlılıq
Təcrübə:
- Minimum 3 il, bank və ya sığorta sahəsində fəaliyyət;
- Tələb edilən iş təcrübəsi üzrə əməkdaşın əvvəlki iş prosesində şirkətin maliyyə vəziyyətinin analizi, risklərin dəyərləndirilməsi və ya yeni sığorta məhsullarının yaradılması, anderraytinq prosesləri istiqamətlərində işlərə cəlb edilmiş olması, dərin təhlil aparma qabiliyyətinə sahib olması üstünlükdür.
Təhsil
- Ali təhsil (Maliyyə, iqtisadiyyat)
- Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)
- Kompüter bacarıqları
- MS Office – yaxşı səviyyədə
Müraciət üçün son tarix: 12.08.2024
Böyük Analitik
Son tarix 14 avq 2024 Müraciət et
Struktur bölmənin adı: Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti / Tənzimləmə siyasəti şöbəsi
Vəzifənin adı: Böyük analitik
Hesabatlı olduğu vəzifə: Şöbə rəisi
Vəzifənin funksiyaları:
- Sığorta bazarının riskləri və inkişafı üzrə trendlərə, müəyyən edilmiş strateji hədəflərə uyğun olaraq tənzimləmə siyasətinin formalaşdırılması üzrə təkliflər hazırlayır;
- Sığorta bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və praktiki məsələləri öyrənir, beynəlxalq təcrübələrin və standartların tətbiqi üzrə təkliflər hazırlayır;
- Sığorta bazarı üzrə risklərinin inkişaf trendlərinin izlənilmə nəticələrinə uyğun olaraq sığorta ehtiyatlarının yaradılması, kapital adekvatlığı, sığorta və təkrarsığorta fəaliyyəti üzrə mövcud tənzimləmə çərçivəsini daimi əsasda qiymətləndirir, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlayır;
- Sığorta bazarında aparılan nəzarət fəaliyyətlərinin nəticələrinə uyğun olaraq nəzarət proseslərinin, habelə nəzarət tədbirlərinin qanunvericilik bazasını Sığortaçılara prudensial nəzarətin metodologiyası şöbəsi ilə birlikdə daimi əsasda qiymətləndirir, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlayır;
- Sığorta bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflər verir;
- Sığorta bazarının maliyyə dayanıqlığının qiymətləndirilməsi ilə bağlı stress-testlərin tətbiqi prosesində iştirak edir;
- Müəyyən sığorta növləri üzrə sığorta qaydalarının formalaşdırılmasını və daimi təkmilləşdirilməsini həyata keçirir;
- Sığorta bazarı üzrə normativ-metodoloji sənədlərin tətbiq edilməsi ilə əlaqədar nəzarət subyektlərinə metodoloji dəstək göstərir;
- Zəruri hallarda Departament direktorunun razılığı əsasında səlahiyyətlərinə aid olan məsələlər üzrə sığorta bazarının iştirakçılarını dəvət etməklə təlimlər, iclaslar və müşavirələr keçirilməsində iştirak edir;
- Departament rəhbərliyinin tapşırığı ilə Mərkəzi Bankın rəhbərliyi və struktur bölmələri üçün arayışlar və materiallar hazırlayır;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatları, təqdimatları hazırlayır və aidiyyatı üzrə təqdim edir;
- Şöbənin funksiyaları daxilində müvafiq daxili və xarici yazışmanı həyata keçirir;
- Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.
Kompetensiyalar:
- Əsas kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
Texniki kompetensiyalar
- Ümumi iqtisadiyyat və sığorta işi
- Maliyyə
- Maliyyə riyaziyyatı
- Analitik təhlil
- Təqdimat və yazı bacarıqları
Davranış kompetensiyaları
- Ünsiyyətqurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
- Stressə davamlılıq
Təcrübə
- Minimum 3 il, bank və ya sığorta sahəsində fəaliyyət;
- Tələb edilən iş təcrübəsi üzrə əməkdaşın əvvəlki iş prosesində şirkətin maliyyə vəziyyətinin analizi, risklərin dəyərləndirilməsi və ya yeni sığorta məhsullarının yaradılması, anderraytinq prosesləri istiqamətlərində işlərə cəlb edilmiş olması, dərin təhlil aparma qabiliyyətinə sahib olması üstünlükdür.
Təhsil
- Ali təhsil (Maliyyə, iqtisadiyyat)
- Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)
- Kompüter bacarıqları
- MS Office – yaxşı səviyyədə
Müraciət üçün son tarix: 13.08.2024
Aparıcı analitik
Son tarix 14 avq 2024 Müraciət et
Struktur bölmənin adı: Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti / Tənzimləmə siyasəti şöbəsi
Vəzifənin adı: Aparıcı analitik
Hesabatlı olduğu vəzifə: Şöbə rəisi
Vəzifənin funksiyaları:
- Sığorta bazarının riskləri və inkişafı üzrə trendlərə, müəyyən edilmiş strateji hədəflərə uyğun olaraq tənzimləmə siyasətinin formalaşdırılması üzrə təkliflər hazırlayır;
- Sığorta bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və praktiki məsələləri öyrənir, beynəlxalq təcrübələrin və standartların tətbiqi üzrə təkliflər hazırlayır;
- Sığorta bazarı üzrə risklərinin inkişaf trendlərinin izlənilmə nəticələrinə uyğun olaraq sığorta ehtiyatlarının yaradılması, kapital adekvatlığı, sığorta və təkrarsığorta fəaliyyəti üzrə mövcud tənzimləmə çərçivəsini daimi əsasda qiymətləndirir, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlayır;
- Sığorta bazarında aparılan nəzarət fəaliyyətlərinin nəticələrinə uyğun olaraq nəzarət proseslərinin, habelə nəzarət tədbirlərinin qanunvericilik bazasını Sığortaçılara prudensial nəzarətin metodologiyası şöbəsi ilə birlikdə daimi əsasda qiymətləndirir, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlayır;
- Sığorta bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflər verir;
- Sığorta bazarının maliyyə dayanıqlığının qiymətləndirilməsi ilə bağlı stress-testlərin tətbiqi prosesində iştirak edir;
- Müəyyən sığorta növləri üzrə sığorta qaydalarının formalaşdırılmasını və daimi təkmilləşdirilməsini həyata keçirir;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsində iştirak edir;
- Şöbənin funksiyaları daxilində müvafiq daxili və xarici yazışmanı həyata keçirir;
- Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.
Kompetensiyalar:
Əsas kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
Texniki kompetensiyalar
- Ümumi iqtisadiyyat və sığorta işi
- Maliyyə
- Maliyyə riyaziyyatı
- Analitik təhlil
- Təqdimat və yazı bacarıqları
Davranış kompetensiyaları
- Ünsiyyətqurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
- Stressə davamlılıq
Təcrübə:
- Minimum 3 il, bank və ya sığorta sahəsində fəaliyyət;
- Tələb edilən iş təcrübəsi üzrə əməkdaşın əvvəlki iş prosesində şirkətin maliyyə vəziyyətinin analizi, risklərin dəyərləndirilməsi və ya yeni sığorta məhsullarının yaradılması, anderraytinq prosesləri istiqamətlərində işlərə cəlb edilmiş olması, dərin təhlil aparma qabiliyyətinə sahib olması üstünlükdür.
Təhsil:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat)
- Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)
- Kompüter bacarıqları
- MS Office – yaxşı səviyyədə
Müraciət üçün son tarix: 13.08.2024
SPNM - Hüquq məsləhətçisi
Son tarix 13 avq 2024 Müraciət et
Struktur bölmənin adı: Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti / Sığortaçılara prudensial nəzarətin metodologiyası şöbəsi
Vəzifənin adı: Hüquq məsləhətçisi
Hesabatlı olduğu vəzifə: Şöbə rəisi
Vəzifənin funksiyaları:
- Sığorta fəaliyyətinə prudensial nəzarəti həyata keçirən struktur bölmələrinə metodoloji tövsiyələr verilməsində iştirak edir, müvafiq nəzarət alət və prosedurlarının daimi təkmilləşdirilməsi üçün müzakirələr aparır;
- Sığorta bazarını tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında iştirak edir;
- Sığortaçıların risk profilinin qiymətləndirilməsi üzrə metodoloji çərçivənin ümumi əsaslarının, eləcə də sığorta, bazar, kredit, likvidlik, əməliyyat, komplayens və digər risklərinin, korporativ idarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin, o cümlədən ayrı-ayrı risk siyasətlərinin, risklərin idarə olunması üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsi üzrə metodoloji alət və prosedurların formalaşdırılmasında iştirak edir;
- Sığorta bazarında aparılan nəzarət fəaliyyətlərinin nəticələrinə uyğun olaraq nəzarət proseslərinin, habelə nəzarət tədbirlərinin qanunvericilik bazasının qiymətləndirilməsi, aşkar edilmiş tənzimləmə boşluqları əsasında müvafiq təkliflər hazırlanmasında iştirak edir;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsində iştirak edir;
- Şöbənin funksiyaları daxilində müvafiq daxili və xarici yazışmanı həyata keçirir;
Kompetensiyalar:
Əsas kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Texniki kompetensiyalar
- Sığorta üzrə normayaratma
- Maliyyə üzrə biliklər
- Analitik düşüncə
Texniki kompetensiyalar
- Sığorta üzrə normayaratma
- Maliyyə üzrə biliklər
- Analitik düşüncə
Davranış kompetensiyaları
- Tədqiqat aparma
- Təhlil etmə və analitik hesabat tərtib etmə bacarığı
- Normativ sənədləri hazırlama bacarığı
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
Təcrübə:
Hüquq profilli əməkdaşlar üzrə
- Minimum 2 il, sığorta və ya bank sahəsində və ya digər qurumlarda hüquqşünas kimi fəaliyyət;