2022-ci ilin ilk 7 ayında Türkiyəyə səfər edənlərin sayı 128% artıb.
Eləcə də bax: Turizm mövsümü başa çatandan sonra – BAKIDAN İSTANBULA UCUZ REYSLƏR AÇILIR – QİYMƏT
FED.az İstanbulun mədəniyyət və turizm idarəsinə istinadən xəbər verir ki, təkcə iyul aynıda İstanbula 1,76 milyon xarici qonaq gəlib ki, bu da ötən ilin eyni dövründə gələn 1,1 milyondan 56% artıqdır.
Ümumiyyətlə, ilk 7 ayda Türkiyəyə səfər edən hər 3 nəfərdən 1-i İstanbula gəlib.
İlk 7 ayda ölkəyə 23 milyon turist gəlib, bu da əvvəlki ildən 128% artıqdır. İstanbula ən çox gələnlər almanlardır – 142 min nəfər, rusiya vətəndaşları 133 min nfəər, ABŞ vətəndaşları 97 min nəfər, İran vətəndaşları isə 94 min nəfər olub.
Turistlərin sayının artımı ilə bu sahədən daxil olan gəlirlər də kəskin artmaqdadır. Aprel-iyun aylarında, yəni təkcə 2-ci rübdə Türkiyənin turizmdən gəlirləri 190% və ya təqribən 3 dəfə artaraq 8,72 milyard dollar olub.