Yanvar-sentyabr aylarında Türkiyəyə gələn turistlərin yemək-içmək xərcləri 5,1 milyard dollar olub.
FED.az xəbər verir ki, ilin 9 ayında xaricdən Türkiyəyə 39 milyon 953 min nəfər gəlib. Gələnlərin 4 milyon 555 min nəfəri türk vətəndağı olub.
Eləcə də bax: Azərbaycanın ən bahalı - YENİ İL MƏCLİSLƏRİ- SİYAHI – QİYMƏTLƏR
9 ayda turizm gəliri 26,6 milyard dollar olub. Gəlirin 7 milyard 84 milyon dolları paket tur xərcləri, 19 milyard 550 milyon dolları turistlərin şəxsi xərcləri olaraq qeydə alınıb.
Turistlərin şəxsi xərclərinin 5,1 milyard dollarını yemək-içmək xərcləri, 4 milyard 941 milyon dollarını mal və xidmətlər, 2 milyard 838 milyon dollarını otel xərcləri təşkil edib.
Yanvar-sentyabr aylarında Türkiyəyə gələn xarici qonaqlar və xaricdə yaşayan Türkiyə vətəndaşları səhiyyə işlərinə 793 milyon 500 min dollar xərcləyib. Turistlərin idman, təhsil və mədəniyyət fəaliyyətlərinə xərclədiyi məbləğ isə 319 milyon dollardan çox olub.
Eləcə də bax: Tələbat olmadığından “Buta Airways” uçuşları - DAYANDIRIB
Turistlər Türkiyədən 3 milyard dollarlıq geyim və ayaqqabı, 1 milyard 42 milyon dollar hədiyyəlik əşyalar alıblar.
Digər xərclərə 803 milyon dollar pul ayıran turistlər Türkiyədən xalça və kilim almaq üçün 96 milyon 700 min dollar xərcləyib.
Xarici qonaqlar və xaricdə yaşayan Türkiyə vətəndaşları yanvar-sentyabr aylarında Türkiyədə xərclərin paylanması aşağıdakı kimidir:
Xərclər |
Məbləğ (dollarla) |
Yemək və içmək |
5.063.625 |
Otel xərcləri |
2.838.768 |
Səhiyyə |
793.504 |
Nəqliyyat |
1.784.770 |
İdman, təhsil, mədəniyyət |
319.151 |
Tur xidmətləri |
114.826 |
Daxili beynəlxalq nəqliyyat |
3.600.592 |
Cib telefonu rouminq xərcləri |
61.542 |
Marina Hizmet Harcamaları |
32.537 |
Geyim və ayaqqabı |
2.998.477 |
Hədiyyəlik əşya |
1.042.548 |
Xalça, kilim və s. |
96.772 |
Digər mal və xidmətlər |
4.941.410 |
Diğer xərclər |
803.613 |
Paket tur xərclərinin cəmi |
7.084.041 |
Turizm xərclərinin cəmi |
26.634.764 |