Banner

Turizm

Tələbat olmadığından “Buta Airways” uçuşları - DAYANDIRIB

Tələbat olmadığından “Buta Airways” uçuşları - DAYANDIRIB | FED.az
15:49 22 Noy 2019

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Odessaya uçuşları dayandırıb.

FED.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Ukraynadakı nümayəndəliyindən məlumat verilib. Məlumata görə, qış aylarında Odessa istiqamətinə tələbat olmadığından, uçuşlar yay mövsümünə qədər dayandırılıb.

Eləcə də bax:Azərbaycanın ən bahalı - YENİ İL MƏCLİSLƏRİ- SİYAHI – QİYMƏTLƏR

2020-ci ilin mayından Bakı-Odessa-Bakı reysi üzrə uçuşlar bərpa ediləcək. Bakı-Xarkov-Bakı istiqamətinə isə uçuşlar qış aylarında da davam etdiriləcək.

Qeyd edək ki, mayın 16-dan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Odessaya birbaşa uçuşlara başlamışdı. Bu istiqamətə aviareyslər həftənin cümə axşamı və bazar günləri yerinə yetirilirdi. Bu istiqamətə minimal tarif 29 avro (bir tərəfə) təşkil edirdi.

© "Azərtac"

Digər xəbərlər

Banner