“Azərbaycan Hava Yolları”nın təyyarələri ilə üçüş zamanı bilet satışı uçuşa 3 gün qalmış dayandırılacaq.
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.
Təcili: AZAL yeni uçuş qaydalarını – AÇIQLADI - FOTO, VİDEO
Bakıda təyyarə bileti almaq üçün - İZDİHAM YARANIB
Qeyd edək ki, pandemiya dövründə sərnişin daşımaları ilə bağlı AZAL-ın yeni qaydaları müəyyənləşib. Bu qaydalara əsasən Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən və uçub gələn sərnişinlərin sağlamlıq durumu ciddi nəzarət altında olacaq.
“Türk Hava Yolları” dünya səhiyyə işçiləri üçün - ENDİRİM KAMPANİYASINA BAŞLAYIB
AZAL vitse prezidenti bildirib ki, aviareyslərə bilet satışı uçuşdan 72 saat əvvəl dayandırılacaq: "Çünki TƏBİB sərnişinlərin koronavirus testinin cavablarını hazırlamalıdır və həmin cavablar 48 saat müddətində qüvvədə olacaq. Sərnişinlərin testdən keçirilməsi dövlət hesabına olacaq”, - deyə o, qeyd edib.