“Türk Hava Yolları” (THY) şirkəti bütün dünyanın səhiyyə işçiləri üçün 40 faiz endirim kampaniyasına başlayıb.
Eləcə də bax: “Türk Hava Yolları” beynəlxalq reysləri - BƏRPA EDİR
FED.az xəbər verir ki, bu barədə şirkətin media müşavirliyindən bildirilib.
Kampaniya çərçivəsində səhiyyə işçiləri onlarla bərabər səyahət edəcək 3 nəfər üçün də endirimli bilet əldə edə biləcəklər. Endirimdən yararlanmaq istəyənlər bu il iyulun 18-dək THY-nin internet səhifəsindən qeydiyyatdan keçməlidirlər.
Şirkət bu kampaniyanın COVID-19-la mübarizədə fədakarlıq göstərən səhiyyə işçilərinə təşəkkür olduğunu bildirib. (Azərtac)