Türkiyənin İstanbul və Antalya şəhərləri postpandemiya dövründə dünyanın ən çox ziyarət edilən 10 şəhəri arasında yer alıb.
Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
Türkiyə otellərində «hər şey daxil» sistemi 2024-də də qalacaq
FED.az xəbər verir ki, COVID-19 pandemiyasından sonra Türkiyə yenidən xarici turistlərin sevimlisinə çevrilib.
Belə ki, 2023-cü ildə dünyanın ən çox ziyarət edilən 100 şəhəri siyahısında İstanbul 2022-ci ilə nisbətən ötən il təxminən 26 faiz artımla London və Dubayı geridə qoyub.
2023-cü il 16,5 milyon turist qəbul edən Antalyanı isə ən çox almanlar, ruslar və ingilislər ziyarət edib. Əhalisindən 12 dəfə çox turist qəbul edən Antalya Paris və Nyu-Yorku geridə qoyub. Xüsusilə Antalyaya birbaşa uçuşların artması sayəsində şəhərə səyahət edənlərin sayı ötən il 2022-ci ilə nisbətən 29 faiz artıb.
Ölkədəki daxili və beynəlxalq uçuşlar da hesabat dövrü ərzində 16,3 faiz artım qeydə alınıb.
Türkiyədə turistləri cəlb edən əsas sahələrdən biri daim inkişaf edən sağlamlıq turizmi sektorudur. Xüsusilə Antalya diş sağlamlığı turizmi üçün məşhur səyahət məkanı kimi önə çıxır.
Qardaş ölkəni bu il daha çox turistin ziyarət edəcəyi gözlənilir. (Azərtac)