Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “Azimut Airlines” şirkətinə Rostov-na Donudan Bakıya uçuşlar həyata keçirmək üçün icazə verib.
FED.az xəbər verir ki, “Rosaviasiya”nın qərarına əsasən, şirkət həftədə üç dəfə bu istiqamətdə uçuşlar həyata keçirə biləcək.
Eləcə də bax: Rusiyanın daha bir şəhərindən Bakıya - AVİAREYS AÇILIR
İcazənin alınması uçuşların avtomatik başlaması demək deyil, lakin reyslərin açılmasına hazırlığın vacib mərhələsidir.
Həmçinin Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) "İrAero" aviaşirkətinə Rusiyanın üç şəhərindən Azərbaycana müntəzəm reyslər yerinə yetirmək üçün icazə verib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin ötən gün qəbul etdiyi qərara əsasən, “İrAero” Tümen, Samara və Permdən Bakıya uçuşlar həyata keçirmək üçün icazə alıb.
Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.
“Hazırda “İrAero” Çelyabinsk, Orenburq və Yekaterinburqdan Bakıya reyslər yerinə yetirir.
Marja