Nəqliyyat

Rusiyanın daha bir şəhərindən Bakıya - AVİAREYS AÇILIR

Rusiyanın daha bir şəhərindən Bakıya  - AVİAREYS AÇILIR | FED.az
14:03 6 Sentyabr 2019

Rusiya “Nordstar” aviaşirkəti gələn aydan Norilsk-Ufa-Bakı istiqamətində uçuşlara başlayacaq.

FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aviareyslər bu il oktyabrın 27-dən gələn il martın 28-nə qədər həyata keçiriləcək. 

Təyyarələr Rusiyanın Krasnoyarsk diyarında yerləşən Norilsk şəhərindən hər həftənin Ufaya uçacaq və elə həmin gün də ordan Bakıya hərəkət edəcək və geri qayıdacaq. Bu məqsədlə "Boeing 737-800" markalı avialaynerlərdən istifadə olunacaq. 

Report

Digər xəbərlər