Rusiya və Türkiyə kartlarından rusiyalı turistlərin respublikada istifadə edə biləcəyi ödəniş sistemi üzərində işləyir.
Bu ilin 3 ayında Azərbaycana ən çox Rusiya vətəndaşları gəlib - STATİSTİKA
FED.az xəbər verir ki, bu barədə cümə günü “Hürriyet” qəzeti prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə danışıqlarının yekunu üzrə administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb .
Qəzetin məlumatına görə, ödəniş sistemi Rebit kart adlanacaq. İddialara görə, rusiyalı turistlər mobil cihazlarında quraşdıracaqları proqramdan istifadə edərək Türkiyədə sistemin kartlarından asanlıqla istifadə edə biləcəklər.
Ötən il sentyabrın ortalarında ABŞ Xəzinədarlığı Rusiyanın xaricdə ödəniş sistemindən istifadəni genişləndirmək cəhdlərini dəstəklədiyinə görə sanksiyalar tətbiq etmək niyyətini elan etdikdən sonra Türkiyənin bütün bankları Mir kartlarının xidmətini dayandırmışdı. Mir kartları Türkiyədə beş bank tərəfindən qəbul edilib: İş Bankası, Denizbank və dövlətə məxsus Ziraat Bankası, VakıfBank və Halkbank. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin aidiyyəti nazirliklərinə “Mir” sisteminə alternativlərin işlənib hazırlanmasını tapşırıb. (Marja)