Qusar hotelləri bu ilin I yarısında 24 milyon 57,4 min manat xərcə qarşı cəmi 26 milyon 350 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da gəlirlərin xərclərdən nisbətən çox olması hotellərin 2 milyon 292,6 min manat mənfəət əldə etmələri ilə nəticələnib.
Son bir illə müqayisədə gəlirlər 11 milyon 971,4 min manat və ya 83,4%, xərclər 11 milyon 3,4 min manat və ya 84,3%, mənfəət isə 968 min manat və ya 73,1% artıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Qəbələ hotelləri cəmi 968 min manat mənfəət əldə etmişdi. Belə ki, hotellərin əldə etdiyi gəlirlər 14 milyon 378,6 min manat, xərclər isə 13 milyon 54 min manat idi.