Rusiyanın “Utair” aviaşirkəti Surqut və Tümen şəhərlərindən Bakıya uçuşların tezliyini artırıb.
“Buta Airways” Bakı-Ufa reyslərinin - SAYINI ARTIRIR
“İyun ayından etibarən Surqutdan uçuşlar çərşənbə, cümə və bazar günləri, Tümendən isə çərşənbə və cümə günləri həyata keçirilir”, - deyə aviadaşıyıcının məlumatında bildirilir.
FED.az xəbər verir ki, hazırda aviaşirkət Qroznı-Bakı, Moskva-Bakı, Samara-Bakı, Sankt-Peterburq-Bakı, Surqut-Bakı, Tümen-Bakı, Ufa-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətində reyslər təşkil edir.
“Bakı ölkəmizin sakinləri arasında populyar turizm istiqamətidir. Bu mövsüm biz Sibirdən Azərbaycanın paytaxtına daha çox uçuşlar həyata keçirməyə başlamışıq və lazım gələrsə, başqa regionlardan da Bakıya uçuş proqramının genişləndirilməsini nəzərdən keçirəcəyik”, - deyə “Utair - Sərnişin Hava Yolları”nın prezidenti Oleq Semyonov bildirib.
“Utair” Rusiyanın ən iri aviaşirkətlərinin onluğuna daxildir. (İnterfaks-Azərbaycan)