Quba hotelləri bu ilin 9 ayı ərzində 18 milyon 589,6 min manat xərcə qarşı cəmi 24 milyon 293,5 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da gəlirlərin xərclərdən çox olması nəticəsində hotellərin 5 milyon 703,9 milyon manat mənfəət etmələri ilə nəticələnib.
Son bir illə müqayisədə gəlirlər 6 milyon 993 min manat və ya 80,3%, xərclər 4 milyon 518 min manat və ya 32,1%, mənfəət isə 2 milyon 475 min manat artıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Quba hotelləri cəmi 3 milyon 228,9 min manat mənfəət əldə etmişdi. Belə ki, hotellərin əldə etdiyi gəlirlər 17 milyon 300,5 min manat, xərclər isə 14 milyon 71,6 min manat idi.