Qəbələ hotelləri bu ilin I yarısında 15 milyon 652 min manat xərcə qarşı cəmi 18 milyon 315 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da gəlirlərin xərclərdən nisbətən çox olması hotellərin 2 milyon 663 min manat mənfəət əldə etmələri ilə nəticələnib.
Son bir illə müqayisədə gəlirlər 2 milyon 499,1 min manat və ya 15,8%, xərclər 831,2 min manat və ya 5,6%, mənfəət isə 1 milyon 667,9 min manat və ya 2,7 dəfə artıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Qəbələ hotelləri cəmi 995 min manat mənfəət əldə etmişdi. Belə ki, hotellərin əldə etdiyi gəlirlər 15 milyon 815,9 min manat, xərclər isə 14 milyon 820,8 min manat idi.