Qəbələdə yerləşən Qafqaz Resort Hotel öz fəaliyyətini müvəqqəti olaraq dayandırır.
FED.az xəbər verir ki, bu barədə Gilan Holdinqdən məlumat verilib.
Eləcə də bax: Bu rayonda hotel və istirahət mərkəzləri - 100 FAİZ DOLUB
"Həm azərbaycanlı, həm də xarici qonaqlar tərəfindən ən tanınan ve sevilən Qəbələ otellərindən biri olan - Qafqaz Resort Hotel – yanvar ayında başlayacaq irimiqyaslı təmir planı çərçivəsində bağlanır və may ayında otel yenidən öz qapılarını qonaqlar üçün açacaq", - məlumatda bildirilir.
Qafqaz Resort Hotel 98 lüks nömrədən ibarətdir. Otelin standart, yarılüks, kral otağı, prezident apartamentləri, kral lüks və ailəvi lüks kateqoriyalardan ibarət nömrələri təmirlə əlaqədar müvəqqəti olaraq may ayına kimi qonaqları qəbul etməyəcəkdir.
Holdinqdən bildirilib ki, hoteli əsaslı təmir gözləyir - qarşıda olan təmir işləri bütünlüklə Qafqaz Resort Hotelə şamil olunacaq, bunlar həm eksteryerin həm də interyerin yenilənməsi ilə qonaqlarda uzun illər unudulmaz təəssüratlar yaradacaq.
Qafqaz Resort Hotel Qəbələdə ilk beş ulduzlu otel olmaqla 2008-ci ildən fəaliyyət göstərir.