Cari ilin yanvar-sentyabr aylarında Türkiyənin İzmir şəhərini 1 mln. 221 min 595 turist ziyarət edib.
Eləcə də bax: Azərbaycandan bu il 20 min turist İzmirə - SƏFƏR EDİB
FED.az xəbər verir ki, bu barədə İzmir şəhər Mədəniyyət və Turizm Müdirliyi məlumat yayıb.
Cari ilin 9 ayında qardaş ölkənin bu şəhərinə səfər edən Azərbaycan vətəndaşları əcnəbi turistlər arasında ilk onluqdadır. Belə ki, qeyd olunan dövrdə İzmirə 29 min 852 nəfər azərbaycanlı ziyarət edib ki, bu göstərici ilə həmvətənlilərimiz 8-ci pillədədir.
İzmirdə olan ən çox əcnəbilər isə Almaniyadandır (438 min 445 nəfər). Siyahının ilk üçlüyündə Almaniyanı Böyük Britaniya (132 min 867) və Niderland (83 min 553 nəfər) təqib edir. (Apa)