“Bu ilin may ayından etibarən Hindistanın Mumbay və Dehli şəhərlərindən Bakıya birbaşa aviareyslərin həyata keçirilməsi nəzərdə tutulur”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, sözügedən uçuşları Hindistanın “İndigo Airlines” şirkəti yerinə yetirəcək.
“Hazırda aviareyslərin günləri və digər məsələlərlə bağlı danışıqlar aparılır”, - deyə N.Bağırov qeyd edib.
Eləcə də bax: Turistlərin yemək xərci - Azərbaycan bahalı ölkələr siyahısında