Azərbaycanda iki turistin yemək xərci Türkiyədən 40%, Gürcüstandan 20% bahadır.
FED.az xəbər verir ki, turistlərin qiymətlərlə bağlı çox istifadə etdiyi NUMBEO internet portalı iki nəfərin restorandakı nahar qiymətlərini araşdırıb və bununla bağlı dünya ölkələrinin renkinqini hazırlayıb.
Eləcə də bax: Gürcüstan 2-ci, Azərbaycan 7-ci yeri tutub
Renkinqdə Azərbaycanın da adı var.
Renkinqə görə, orta səviyyəli restoranda iki nəfərin üç növ yemək yeməsi üçün Azərbaycanda 23.5 dollar tələb edilir. Bu, hazırkı məzənnə ilə 40 manat edir.
Regionun turizm ölkələri ilə müqayisədə, Azərbaycanda qiymətlər 20-40% bahadır. Məsələn, həmin göstərici Gürcüstanda 18.7 dollardır, yəni bizdən təxminən 20% ucuzdur. Türkiyədə isə bu göstərici 14.7 dollardır, yəni Azərbaycandakı qiymətlərdən 40% daha ucuzdur.
Ümumilikdə, sayt 86 ölkənin reytinqini hazırlayıb. Bu sıralamada Azərbaycan 55-ci, Gürcüstan 69-cu, Türkiyə 77-ci yerdədir.
Turizim sektorunun nümayəndəsi Oktay Xankişiyev ictimai iaşə obyektlərində turistlərə xidmətlərin şişirdilmiş qiymətlərlə təqdim olunduğunu deyir:
“10-20 manatlıq xidmətlər turistlərə 100-200 manata satılır. Turizm şirkətlərinin nəzarətində olsaydı, bu hadisələr baş verməyəcəkdi. Çünki biz onların təkrar Azərbaycana gəlməsində maraqlıyıq”.
Qeyd edək ki, renkinqdə turistlər üçün ən bahalı menyu İsveçrə və İslandiyadadır, burada iki nəfərlik yemək 98-99 dollara başa gəlir.
Ölkələrin ümumi renkinqində Azərbaycanın yeri belədir:
© Oxu