Gürcüstan hökuməti turizmdən rekord gəlirlər barədə açıqlama verib.
FED.az xəbər verir ki, rəsmi məlumata görə, təkcə iyul ayında ölkə turizmdən 476 milyon dollar əldə edib.
Bu 2019-cu ilin o vaxt rekord sayılan göstəricisindən 20% artıqdır.
Baş nazir İrakli Qaribaşvili bildirib ki, 2022-ci ildə turizmdən ümumilikdə 1,6 milyard dollar gəlir əldə edilib. Bu 2021-ci ildən 130% artıqdır.
Yanvar-iyun aylarında ölkəyə 1,05 milyon turist gəlib, bu əvvəlki ildən 2 ldəfə artıqdır.