Gürcüstan hökuməti koronavirus pandemiyası səbəbindən tətbiq olunan bir neçə məhdudiyyətin aradan götürülməsi barədə qərar qəbul edib.
Eləcə də bax: Lokdauna görə Gürcüstan gündə - 5 Milyon Dollar İtirir
FED.az xəbər verir ki, bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında bildirilib.
Qərara əsasən, sabahdan şəhərlərarası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur.
Fevralın 25-dən həmçinin dağ kurortlarında mehmanxanalar qonaq qəbul edə biləcəklər. Martın 8-dən isə kanat yollarından istifadəyə icazə veriləcək.
Martın 1-dən isə dövlət və özəl uşaq bağçaları açılacaq. (Report)