Koronavirus (COVID-19) pandemiyası səbəbindən tətbiq olunan lokdauna görə Gürcüstan gündə 16 milyon lari (təqribən 5 milyon ABŞ dolları) itirir.
Eləcə də bax: Azərbaycandan Gürcüstana səfər edənlərin sayı - 98% Azalıb
FED.az xəbər verir ki, bu barədə “Galt & Taggart” investisiya bankının hesabatında bildirilib.
Sənədə əsasən, 2020-ci ildə Gürcüstan iqtisadiyyatına dəyən zərərin həcmi 1 milyard lari (təxminən 304 milyon ABŞ dolları) təşkil edib.
Bankın dəyərləndirmələrinə görə, fevralın 1-dən karantin tədbirlərinin mərhələli şəkildə aradan götürülməsinə baxmyaraq, koronavirus ciddi problem olaraq qalır.
Hesabatda qeyd olunub ki, ötən il iqtisadiyyat 6,1 % azalıb və ən böyük ziyan turizm sahəsinə dəyib. Bu sektorun 2021-ci ildə tədricən bərpası nəzərdə tutulub və ilin sonunda ölkənin turizmdən 1,2 milyard dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır. (Report)