2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agetliyinə 55,4 milyon manat vəsait yönəldiləcəkdir.
Eləcə də bax: Hökumət Azərbaycan iş adamlarını - Qarabağda Hotellər Tikməyə - ÇAĞIRIR
FED.az xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə dair İzahatda bildirilir.
Vəsait ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyətinin mərhələlərlə beynəlxalq standartlara çatdırılması və turizmin rəqabət qabiliyyətinin artırılması məqsədilə ayrılacaqdır. (Marja)