Yaxın zamanda “IndiGo” (Hindistan), “Aegean Airlines” (Yunanıstan) və “Air Arabia Abu-Dhabi” (BƏƏ) aviaşirkətləri də Bakıya uçuşlar həyata keçirilməyə başlayacaq.
Gürcüstana gedən hər Azərbaycan turisti təxminən - 550 DOLLAR PUL XƏRCLƏYİR
Bu barədə FED.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə bu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sırasına “WizzAir Malta”, “Flyadeal”, “Air Cairo” kimi aşağıbüdcəli aviadaşıyıcılar əlavə olunub. Dövlət Mülki Aviasiya Agentliyinin bu istiqamətdə gördüyü işlər nəticəsində müvafiq xarici aşağıbüdcəli aviaşirkətlərin sayı 16-ya çatdırılaraq onların sırasına bugündən Gürcüstanın “Georgian Wings” aviadaşıyıcısı da əlavə olunacaq.