Azərbaycanın “lowcost” – aşağı büdcəli aviaşirkəti kimi təqdim edilən «Buta Airways» aviabiletlərin maksimal qiymətinə qoyduğu səddi qaldırıb.
FED.az xəbər verir ki, bu barədə turizm eksperti Azər İsmayıl məlumat verib.
Belə kİ, indiyədək «Buta Airways»ın Bakı-İstanbul biletinin «büdcə» tarifində maksimal qiyməti 160 avro olduğu halda, indi bu qiymət 320 dollara, yəni 760 manata yüksəlib. Bu məbləğ – «büdcə» tarifinin ən aşağı olan 29 avro qiymətindən 14 dəfə çoxdur (adətən «Buta Airways»ın qiymətləri 29 avrodan başlayır).
Bahalaşma, Azərbaycandan digər populyar istiqamətdə – Tiflisə uçuşlarda da hiss olunub. Belə ki, indiyədək Bakı-Tbilisi reysinin maksimal qiyməti 105 avro idisə indi, 521 manat, yəni 288 avro olub.
Maraqlıdır ki, eyni tarixə AZAL-ın qiymətləri daha aşağıdır.