Yaponiya hökuməti turistlər üçün gündəlik 185 dollar məbləğində xüsusi vauçerlər tətbiq etməyi planlaşdırır.
FED.az-ın məlumatına görə, bu qərar ölkənin koronavirus pandemiyasında zərər çəkmiş turizm sektoruna yardım məqsədilə qəbul edilib.
Türkiyə bu ölkələrdən turist gəlməsinə - İCAZƏ VERMƏYƏCƏK
Plana əsasən, turistlərə verilən məbləğ gündəlik xərclərin yarısını ödəməyə imkan verəcək. Çeklər kafe, restoran və mağazalarda qəbul olunacaq. Turistin həmin vauçerleri ala bilməsi üçün Yaponiyada hotel bron etməsi vacibdir.
Bu təşəbbüsün iyulun sonunda işə düşməsi gözlənilir. Ümumilikdə bu layihəyə təxminən 12,5 milyard dollar məbləğ ayrılıb.
Trend