Türkiyə iyundan etibarən koronavirusa yoluxma faktı yüksək olan ölkələrdən turist qəbul etməyəcək.
FED.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Onun sözlərinə görə, həmin ölkələr sırasında xüsusilə Rusiya var.
Eləcə də bax: Türkiyədə turistlər üçün yeni - MƏHDUDİYYƏTLƏR
“Biz turizm mövsümünə yalnız daxili turizmlə başlayacağıq. Turist gəlməyini gözlədiyimiz ölkələrdəki vəziyyətə baxacağıq. Biz Rusiyadan və koronavirusa yoluxma riski yüksək olan digər ölkələrdən gələnləri qəbul etməyi düşünmürük”, - deyə Qoca bildirib.
Nazir, həmçinin, əlavə edib ki, ölkə daxilində səyahətə hazırlaşanlar da xüsusi mobil tətbiqetmədən istifadə etməlidirlər:
“Xüsusi kod əldə edilməlidir. Səyahətə çıxmaq istəyən şəxsdə koronavirusa yoluxma riski olarsa, ona icazə verilməyəcək”.
Qafqazinfo