Britaniya hava yolları (“British Airways”) ABŞ-ın sanksiyaları tətbiq edildikdən sonra İran və Yaxın Şərq ölkələrinə uçuşları dayandırmağa qərar verib.
FED.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
Britaniya hava yolları İrana uçuşların dayandırılmasını artıq marşrutun “kommersiya məqsədlil” olamamsı ilə izah edib. Şirkət gələn aydan İrana uçuşlarını dayandıracaq.
Bildirilib ki, sonuncu aviareys sentyabrın 22-də Londondan Tehrana baş tutacaq və bundan sonra uçuşlar dayandırılacaq.
“British Airways” İrana və Yaxın Şərq ölkələrinə uçuşları dayandırır
22:05
5 Sen 2018