İngiltərə xarici tələbələrə ailə üzvlərini özləri ilə gətirməyə icazə verilməyəcək. Bu barədə mayın 23-də krallığın daxili işlər naziri Suella Braverman məlumat verib. Onun departamenti Təhsil Nazirliyi və Xəzinədarlıqla birlikdə Böyük Britaniyaya miqrasiyanın məhdudlaşdırılması üçün bir sıra tədbirlər hazırlayıb.
Azərbaycan və BƏƏ vətəndaşları hər iki ölkəyə vizasız gedib - 3 AY QALA BİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, yeni tədbirlərin 2024-cü ilin yanvarından qüvvəyə minməsi planlaşdırılır. Braverman qeyd edib ki, tələbələrin ailə üzvlərinə verilən vizaların sayı 2019-cu ildən bu yana 8 dəfə artaraq 2022-ci ildə 136 000-ə çatıb.
Bundan əvvəl, 2022-ci ilin dekabrında Braverman immiqrasiya nisbətini azaltmaq üçün plan hazırlamışdı, hansı ki Britaniya vətəndaşlığı olmayan qohumlarını ölkəyə gətirməyə çalışan insanlar üçün gəlir həddinin artırılmasını nəzərdə tuturdu.
Dekabrın 14-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak növbəti seçkilərə qədər ümumi immiqrasiyanı azaltmağa söz vermişdi, lakin onun prioritetinin 2022-ci ildə 45 000 miqrantın Böyük Britaniyaya qeyri-qanuni yollarla daxil olması ilə nəticələnən böhranı həll etmək olduğunu demişdi. Baş nazir ölkədəki əcnəbi tələbələrin sayını azaltmaq niyyətində olduğunu da qeyd edib.