Rusiyanın "IrAero" aviaşirkəti iyulun 4-dən etibarən Saratov-Bakı marşrutu üzrə uçuşların yeni istiqamətini açır.
FED.az xəbər verir ki, reyslər "Superjet-100" təyyarələri ilə həftədə bir dəfə (çərşənbə axşamları) həyata keçiriləcək.
Təyyarələr Bakıdan yerli vaxtla saat 16:55-da qalxacaq və saat 19:05-də Saratova enəcək. Əks istiqamətdə reys saat 20:20-də qalxacaq və saat 22:55-də eniş edəcək.
Uçuş qiymətləri isə bir tərəfə 15 230 rubldan, yəni indiki məzənnə ilə 181 dollar və ya 308 manatdan başlayır.