Bu ilin mayın 19-u, 20-i və 21-də "Park Bulvar" Ticarət Mərkəzində turizim sərgisi keçiriləcək.
FED.az xəbər verir ki, sərgi 3 gün olmaqla ticarət mərkəzinin birinci mərtəbəsində baş tutacaq.
Şirkət, tədbirin daha rəngarəng keçməsi üçün DJ və çəkiliş heyəti dəvət edib.
Qeyd edək ki, sərgi "Pr Company" tərəfindən təşkil edilir.
Xatırladaq ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) təşkilatçılığı ilə mart ayında "Park Bulvar"da Azərbaycanda ilk dəfə olaraq elektrik avtomobillərinin sərgisi keçirilmişdir.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Müdafiə Sənayesi naziri Mədət Quliyev, deputatlar, QHT, media işçiləri, dövlət və özəl sektordan nümayəndələr iştirak edib.