Banner

Turizm

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı - 89% Azalıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı - 89% Azalıb | FED.az
11:07 9 İyul 2021

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 29 205 nəfər səfər edib.

Eləcə də bax: Gürcüstana səyahət etmək istəyənlərin nəzərinə! - BU QƏRAR LƏĞV EDİLDİ

FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 242 401 nəfər və yaxud 89,2 % azdır.

Təkcə iyun ayında isə qonşu ölkə Azərbaycandan 6 900 nəfər ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 3 310 nəfər və yaxud 92,2 % çoxdur.

Ötən ay Gürcüstana 156 189, bu ilin I yarısında isə 486 014 nəfər (-66,4 %) beynəlxalq ziyarətçi səfərə yollanıb. (Report)

Banner
Banner

Digər xəbərlər