Gürcüstan hökuməti bütün sərnişinlər tərəfindən icbari şəkildə koronavirusa dair PCR testi arayışının təqdim olunması qərarını ləğv edib.
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin aşağıbüdcəli törəməsi - "Buta Airways" şirkətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, uçuşlar öncəki qaydalara əsasən həyata keçiriləcək. (Report)




 
                            
                            
                         
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








